NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Дебют Bvlgari на выставке Watches & Wonders 2025

İki vizyoner ikon – Octo Finissimo və Serpenti - Cenevrədə möhtəşəm bir məbəddə daha bir innovasiya edildi.

Cenevrə. Watches & Wonders. Beynəlxalq saatsazlıq səhnəsində keçirilən mütləq iştirak etməli olunmalı tədbir. Əlamətdar hadisə.

- Bvlgari, Watches & Wonders-də öz ikili kimliyini, Roma mənşəyini və DNT-sini əks etdirən sərgi məkanı ilə debüt edir.
- Octo Finissimo Ultra Tourbillon, ultra-incə saat istehsalında 10-cu dünya rekordunu qıraraq, 21-ci əsrin ikonası və bənzərsiz saatsazlıq statusunu təsdiq edir.
- Serpenti Aeterna yaradıcı evin ikonik sürünəninə cəsəərtli zərgərlik yaradıcılığı ilə yeni məna verir.

Biz, Watches & Wonders - ə ilk dəfə qoşulmaqdan, ələlxüsus, həm zərgərlik, həm də saatsazlıq DNT – mizi hərtərəfli nümayiş etdirmək üçün tərtib edilmiş məkanda olmaqdan çox məmnunuq. Son onilliklər ərzində biz, İsveç innovasiyaları ilə italyan yaradıcılığını və dizayner dahiliyini birləşdirərək saatsazlıq sənətinin ön sıralarında öz mövqeyimizi möhkənləndirmişik.
LVMH impulsu ilə 25 illik möhtəşəm saatsazlıq innovasiyasını və 'yaradıcı ehtiras' şüarını qeyd edərkən, həm də vizyonumuzu təyin edən yeniliklər və sənətkarlığa dərindən nəzər salırıq. Watches & Wonders, 2014-cü ildə başlanmış və Octo Finissimo ilə 10 dünya rekordu qıran, eləcə də yalnız 11 il ərzində 13-cü inqilabi hərəkətimizi – Bvlgari Piccolissimo, Bvlgari Micro Tourbillon Lady və Bvlgari Lady Solo Tempo-nu təqdim edən bu yolculuğu nümayiş etdirmək üçün mükəmməl bir səhnədir. Bu üç saat, həm zərgərlik, həm də adi saat sahəsində yeniliklərin təzahürüdür.
Octo Finissimo və Serpenti saatları ilə biz, yeni sərhədlər axtarmağa, dizayn və incə saatsazlığın çərçivələrini genişləndirməyə, eyni zamanda horologiya dünyasında yeni perspektivlər açmağa davam edirik.

Jean-Christophe Babin, Bvlgari-nin Baş İcraçı Direktoru

Bu debüt həm də, təkamülün nişanıdır. Zaman sənətinin peşəkarı olan Bvlgari, şəksiz şəxsiyyətini təsdiq edir : İtalyan zərgərliyinin İsveç saatsazlığı ilə təcəssümü. Zəngin irsindən faydalanan yaradıcılıq evi, yeni zirvələri fəth etməyə davam edir və gələcəyi formalaşdırır.

Watches & Wonders-də İtaliya Havası
Bvlgari, incə zərgərlik və yüksək saatsazlıq sahəsindəki ikili mütəxəssisliyini vurğulayaraq, vaxt ölçən müstəsna alətləri təqdim edir. Bvlgari – nin dərin Roma ruhunu əks etdirən sərgi məkanı ziyarətçilərini yaradıcı evin, mərmərin ən gözəl çalarları və dəyərli materialların təcəssümü vasitəsi ilə italyan mədəniyyətinə, onun müstəsna zərifliyinə və qeyri – adi yaradıcı baxışına qərq olmağa dəvət edir. Təəssüratlar, dərhal təsir göstərən rasional Roma tərzli memarlıq elemetləri təqdim edilmiş fasad hissədən başlayır. Daxildə, xüsusi diqqətlə seçilmiş, yaradıcı evin saatsalıq tarixi olan, Beyond Time – dan ilham alan yeddi vitrin qonaqları Bvlgari kainatı ilə tanış edir. Hər bir ekspozisiya – ikonik yaradıcılığın tarixini danışan başlıqdır. Arxiv fotoları keçmiş və gələcək arasında dialoq yaradaraq ən qeyri – adi yaradıcılıq nümunələri üçün tarixi mövzu təqdim edir.

Xüsusi diqqətlə tərtib edilmiş bu şəraitdə Bvlgari, özünün saatsazlıq sənətində inkişaf etmək və zəirifliyə yeni çalarlar bəxş etmək qabiliyyətini nümayiş etdirir. Yaradıcılıq evi, burada iki mühüm yeniliyi, zamanın təzahürünü təqdim edir: Octo Finissimo Ultra Tourbillon və Serpenti Aeterna.

BVLGARI Octo Finissimo Ultra Tourbillon. Hər ölçüdə zəriflik
Yeni Octo Finissimo Ultra Tourbillon yalnızca yeni incəlik rekordunu qırmaqla qalmır, həm də bir manifest olaraq qarşımıza çıxır. Saatın ümumi qalınlığı yalnız 1.85 mm olan mexanizminə skeleton tourbillon inteqrasiya etməklə, Roma zərgərlik brendinin İsveçrə saatsazlıq sənəti, saatsazlığın ən simvolik çətinliyini göstərərək öz horoloji mütəxəssisliyini nümayiş etdirir.

Tourbillon Bvlgarinin qəlbində xüsusi yer tutur: 2014-cü ildə Octo Finissimo Tourbillon yaradıcılıq evinin ekstremal incəlik axtarışını başladan saat olmaqla on illik bir səyahətə yol açdı və nəticədə on dünya rekordu və 60-dan çox beynəlxalq mükafat, həmçinin nüfuzlu və çox arzulanan Cenevrə Saatçılıq Böyük Mükafatı 'Aiguille d’Or'qazandı. Octo Finissimo indiyə qədər 21-ci əsrin ən çox mükafat qazanan saatsazlıq nümunəsi və kolleksiyası olub.

İxtirasından, yəni 18 – ci əsrdən etibarən, Tourbillon, saatsazlığın dəqiqlik zirvəsi kimi qalır. Estetik cəhətdən möhtəşəm olan bu nümunə, sonsuz hərəkəti ilə döyünən bir ürəyin ritmini əks etdirir və vaxt ölçən alətə ruh verir. Bvlgari-nin ultra-incəlik yolculuğunun Octo Finissimo Tourbillon ilə başladığı təsadüfi deyil. 2014-cü ildə, yalnız 1.95 mm qalınlığında olan əl ilə sarmalı mexanizmi, o dövrün ən incə pərvaz edən tourbillonu idi.

  •  
  •  
  •  
/

Skeletonizasiya – Şəffaflığın Heykəltəraşlıq Sənəti
Bu gün, Bvlgari yeni Octo Finissimo Ultra Tourbillon ilə skeletonizasiyanı, hərəkət boyunca işıq yayılmasını maksimuma çatdırmaq üçün növbəti - yeni səviyyəyə daşıyıb. Bu yanaşma, əsas görünən komponentlərə tətbiq edilən müasir bəzək texnikaları ilə vurğulanan gözəl təzadlar yaradır: bezel flanşının parıldadılmış yamacı, incə rodiumla örtülmüş tourbillon balansı və inersiya blokları, həmçinin günəş şüası ilə bitmiş, rodiumla örtülmüş tourbillon körpüsü – bu müasir bitişlər, saatın mexaniki sənətkarlığını incəliklə qüvvətləndirir. Hər skeletonizasiya edilmiş komponentin effektivlik və estetik, müqavimət, etibarlılıq və bəzək arasında düzgün balansı olmalıdır. Bu, xəta payını daha da kiçik həddə endirmək deməkdir. Skeleton mexanizminin açıq strukturu dizayn, icra və bitirmədə mükəmməlliyi tələb edir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Dünyanın ən incə pərvaz edən Tourbillonu
Bvlgari-nin Octo kolleksiyası, Roma irsindən güc alan zəngin bir memarlıq ənənəsinin tərkib hissəsidir. Səkkizguşəli forma, Maxentius və Konstantin Bazilikasının içi qapalı tavanlarından ruhlanıb. 1884-cü ildə təsis edildiyi gündən etibarən, Əbədi Şəhər və onun abidələrinin möhtəşəmliyi, yaradıcılıq evinin kimliyində həmişə mərkəzi rol oynamışdır. Octo, müasir perspektivlə bu irsdən təmiz və müasir mövqe çıxarır. Bu mövqe, ultra-incə Octo modellərinin monoxrom boz estetikası ilə gücləndirilir. Bu stilistik imza, təmizlik və incə saatsazlığın mahiyyətinə çatmaq üçün göstərilən arzunu vurğulayır. Bu, Bvlgari-nin ultra-incəliyi saatsazlıq çətinliyi statusuna yüksəltməsinə imkan verən bir vəhdətdir.
Bu faktdır: Bvlgarinin yeni Octo Finissimo Ultra Tourbillon – u ən incə saatdır. 40 mm diametrə və cəmi 1.85 mm qalınlığa malik bu sənətkarlıq nümunəsini BVF 900 tourbillon Kalibr ilə çalışır. Bu əl ilə sarmalı mexanizm, saatda 28,800 vibrasiya (4 Hz) sürətlə döyünür və 42 saatlıq enerji saxlama müddəti təklif edir. Bu cür texniki xüsusiyyətlər və qırdıqları rekordlar, Bvlgari İstehsalatında çalışan saatsazlar və mühəndislərin müstəsna bacarıqlarını nümayiş etdirir.

Tourbillon – ən simvolik dəqiqlik çətinliyini – zəriflik üzrə mütəxəssisliyini tətbiq edərək, Bvlgari saatsazlıq fəlsəfəsinin mahiyyətini ifadə edir. ‘Məqsədimiz, bütün təcrübəmizi özündə ehtiva edən bir saat yaratmaq idi. Bu, yalnız ən incə dizayna sahib olmaqla bağlı deyil, eyni zamanda Octo Finissimo seriyasının hekayəsini danışan dəqiq bir sənətkarlıq nümunəsi yaratmaq, həm də onun fərqli estetik kodlarının vəhdətinə ehtiram göstərməkdir. Hər bir detal, indekslərdən tutmuş tourbillon skeletonuna qədər, mükəmməlliyə olan bağlılığımızın şahididir,’ - Bvlgari-nin Saat Dizaynı üzrə İcraçı Direktoru Fabrizio Buonamassa Stigliani.

  •  
  •  
  •  
  •  
/

İnsan mühəndisliyinin yolu
Octo Finissimo Ultra Tourbillon-un ən fərqli xüsusiyyəti, mexaniki mexanizmi özündə birləşdirən əsas volfram karbid lövhəsidir. Adətən saatlar, mexanizmi qoruyan bir korpusdan ibarət olur. Əsrlər boyu saatsazlar daha zərif və estetik cizgilərə nail olmaq üçün incə profillər yaratmağa çalışıblar. Ənənəvi olaraq, incəlik saatsazlıq sənətində zərifliyin simvolu hesab edilib. Lakin bu məqsədə çatmaq, struktur və möhkəmlik baxımından unikal çağırışlar doğururdu. Bu mürəkkəb məsələyə mükəmməl həll tapmaq üçün Bvlgari komandası qabaqcıl materialların harmoniyasını yaradaraq yenilikçi yanaşma tətbiq ediblər.

Yeni Octo Finissimo Ultra Tourbillon, mikromuncuqlu donuq titan materialından hazırlanmış bezel, orta korpus və qulaqlara sahibdir, əsas lövhəsi isə volfram karbiddən qurulub. Saatın yan hissəsində zərif çıxıntı yaradan iki düz ‘tac’ – sol tərəfdə (8-ci saat mövqeyində) mexanizmi qurmaq, sağ tərəfdə isə (3-cü saat mövqeyində) vaxtı tənzimləmək üçün nəzərdə tutulub. Hər iki tac paslanmayan poladdan hazırlanaraq dairəvi cilalanma texnikası ilə işlənib. Eyni üsulla cilalanmış poladdan hazırlanmış və həndəsi naxışlarla oyma üsulu ilə bəzədilmiş rozetka da saatın incəliklə işlənmiş detalları arasındadır. Maksimal oxunaqlılığı təmin etmək üçün saat göstəricisi, qumlu teksturalı mis səthin üzərində DLC antrasit örtüklə tamamlanmış və rodiumla örtülmüş saat və dəqiqə əqrəbləri ilə təchiz olunub. Bu dizayn, onu öz sələfləri – Octo Finissimo Ultra və Octo Finissimo Ultra COSC-dən fərqləndirir, çünki həmin modellər iki ayrılmış saat və dəqiqə göstəricisinə malik tənzimləyici tipli saatlar idi.

Saatın incə və zərif estetikasını mükəmməl şəkildə tamamlayan inteqrasiya olunmuş mikromuncuqlu donuq titan qolbaq, cəmi 1.5 mm qalınlığı – qatlanan bağlaması da daxil olmaqla – ultra-incəliyi ilə seçilir. Bvlgari bir daha mürəkkəblik və zərifliyi ustalıqla birləşdirərək misilsiz incəliyə sahib bir saat yaratmağı bacarıb.

  •  
  •  
  •  
  •  
  •  
/

2014-dən Bəri Sərhədləri Aşaraq: Ultra-Nazik Saat İstehsalında 10 Dünya Rekordu üzrə Axtarış
Ekstremal incəliyin ustalıqla nümayişi olan yeni Octo Finissimo Ultra Tourbillon, Bvlgari-nin ultra-nazik saat istehsalındakı sənətkarlığını göstərir və markanın innovativ yanaşmasında növbəti irəliləyişə imza atır. “Hər rekord bir pillə olub. Rekord müəyyən etmək təkcə sərhədləri aşmaq deyil – mexaniki saatsazlıqdada mümkünü yenidən təyin etməkdir. Hər bir çətinliklə biz təkcə ənənəvi texnikaları deyil, həm də saatların dizayn və inkişaf prosesini yenidən düşünməli olduq,” – deyə Bvlgari-nin baş icraçı direktoru Jan-Kristof Baben izah edir.

Bvlgari Manufacture-ın bütün ustalığını səfərbər edən bu son dərəcə mürəkkəb layihə, ənənəvi saatsazlıq prinsiplərini yenidən nəzərdən keçirərək saatı üç ölçüdə deyil, iki ölçüdə dizayn etməyi tələb edirdi. Bu cəsarətli yanaşma Bvlgari komandalarında yeni bir ruh oyatdı və bu miqyasda bir problemi həll etmək üçün misilsiz yaradıcı əməkdaşlığa təşviq etdi. Mükəmməlləşdirilmiş və yenidən düşünülmüş texnikalar – məsələn, iki əqrəblə göstəriş sisteminə qayıdış – bu layihəyə dərin insani toxunuş əlavə etdi.

Bu çətinliklərin öhdəsindən gəlmək üçün Bvlgari-nin tədqiqat və inkişaf komandaları yeni proseslər və texnikalar hazırladı və aşağıdakı innovasiyalara dair səkkiz xüsusi patent əldə etdi: diferensial göstərici, inteqrasiya edilmiş korpus və əsas lövhə dizaynı, iki materialdan ibarət arxa qapaq, yeni kristal bərkidilmə metodu, orijinal baraban quruluşu, osilator modulu, modullu konstruksiya və qolbaq dizaynı.

Bvlgari-nin ultra-naziklik axtarışı 2014-cü ildə əl ilə sarılan Octo Tourbillon ilə başladı. O vaxtdan bəri, marka müxtəlif kateqoriyalarda rekord qıran yeniliklər istehsal edib: dünyanın ən nazik dəqiqə təkrarlayıcısı (2016-cı ildə 3.12 mm), Octo Finissimo Automatic (2017-ci ildə 2.23 mm) və ən nazik daimi təqvim (2021-ci ildə 2.75 mm), bu da Grand Prix d'Horlogerie de Genève (GPHG)-də nüfuzlu Aiguille d'Or mükafatını qazandı. 2012-ci ildə təqdim edilən Octo, müasir saatsazlıqda ikonik bir dizayn halına gəldi. Octo epikinin debütündən yalnız on il sonra, Octo Finissimo Ultra cəmi 1.8 mm qalınlıqla mütləq rekord müəyyən etdi. Tanıtım Romada, Pantheonun qarşısında, Piazza della Rotondada tərz və sevinc içində qeyd olundu. Daha sonra Octo Finissimo Ultra GPHG-də Prix de l'Audace (Cəsarət Mükafatı) ilə təltif olundu. 2022-ci ildən etibarən Octo Finissimo Ultra üçün səkkiz patent qeydiyyatdan keçirilib.

Yeni Octo Finissimo Ultra Tourbillon ilə Bvlgari, hər mənada incəlik və zərafət axtarışını davam etdirir.

Serpenti Aeterna. Zamansız bir ikonun cəsarətli və vizyoner təkamülü
İkonik Serpenti ən cəsarətli transformasiyasını yaşayır: Aeterna. Müasir. Avangard. Bvlgari – nin əfsanəvi ilanı son dərəcə tərzləşdirilmiş və özünün kvintessensiyasınadək təmizlənmiş. Orijinal qolbağın təmiz, qüdrətli həndəsəsi. Yeni eranın doğması.

- Bvlgari və Serpenti irsindən ilham alaraq, futuristik estetikaya çevrilmiş, üslub və müasirliyin ifadəsi.
- Serpentinin saf mahiyyəti - əbədi yenilənmə simvolu.
- Serpenti kolleksiyasına bir qolbaq əlavə olunur, Bvlgari zərgərlikləri ilə mükəmməl bir şəkildə uyğunlaşacaq şəkildə dizayn edilmişdir.
- Zamansızlıq, axıcılıq, zəriflik və dəqiqliyin şah əsəri.

2025-ci il, Çin təqviminə görə ilan ili, Serpenti üçün dərin bir transformasiyanı başlanğıcını bildirir. Aeterna ilə Bvlgari, zərif yüksək zərgərlikdə, yaradıcılığı artıran bu sürünəni yenidən həyata gətirir. Almazlar, heyvanı parladır, yeni dərisi isə Bvlgari-nin təməl prinsiplərini, onun əvəzolunmaz İtalyan üslubunu və innovativ kimliyini hər zamankindən daha çox ifadə edir. Yenidən yaradılmış ikon, öncədən gələn zəngin irsi əks etdirir və onu dəbdən və zamandan azad şəkildə gələcəyə aparır. İlan özlüyündə bir dilə çevrilir: axıcı və lüzumsuzluqdan azad.

Aeterna sadəcə bir saat və ya zərgərlik deyil – bu, Bvlgari-nin avangard vizyonunun ən mükəmməl ifadəsidir. Mən Serpentinin DNT-sini tutmaq, onu öz mahiyyətinə bürümək və gələcəyə yönəltmək istəyirdim.

Fabrizio Buonamassa Stigliani, Bvlgari-nin Məhsul Yaradılması üzrə İcraçı Direktoru

Heç bir göz, heç bir miqyas, heç bir süni element yoxdur. Yalnız ilanının ən ilkin forması qalır – hipnotik və hökmran. Qiymətli qızıldan hazırlanmış və xüsusi diqqətlə almazlarla bəzədilmiş Serpenti, dərini zərif bir qolbaq kimi sarır.

Bir İkonun Yaradıcı Metomorfozları
1948-ci ildən bəri, Serpenti özünü daim yenidən kəşf edir, əbədi yenilənmə mahiyyətini təcəssüm etdirir. O, cəlb edir, ovsunlayır, özünə çəkir və arzular oyadır. Tubogas kimi, zərif və həssas şəkildə biləyə sarılır. Infiniti kimi, qrafik və heykəltəraşlıqla formalaşır. Seduttori kimi, gündəlik zəriflik üçün yaradılıb, lakin müstəsna bir turbilon (2020) da yerləşdirə biləcək qədər möhtəşəmdir. Misteriosi kimi, texniki bir möcüzənin qiymətli qoruyucusu: Piccolissimo BVL 100 kalibresi – ölçülərinin son dərəcə kiçildilməsi ilə miniaturizasiya sahəsində rekord (2022). İndi isə Lady Solotempo, tamamilə daxili avtomatik kalibri ilə, Seduttori və Tubogasnin yeni təfsirlərinin mərkəzində döyünür və bu 2025-ci ilin başqa bir böyük açıqlamasını təqdim edir – Serpentiyə qadınlar üçün zəngin mexaniki saat ənənəsini yenidən canlandırır.

Bu gün Aeterna sərhədləri hər zamankindən daha çox aşır. Onun dizaynı, ilanın özündən daha çox onun ruhunu əks etdirir.

Mahiyyət sənəti

Mən sadə, müasir üslubda dizayn etməyi, az bəzək elementləri ilə - əbədi dil danışan xətləri çəkməyi sevirəm. Octo Finissimo - artıq Serpenti-ni dəyişdirirən formalar vasitəsilə mükəmməlliyə doğru bu axtarışın ideal ifadəsidir. Aeterna-nı çəkmək üçün yalnız bir neçə zərif xətt kifayət etdi. İlan öz mahiyyətinə, dinamikasınadək təmizlənib, ən güclü formayadək incələşdirildi... vizioner müasirliklə.

Fabrizio Buonamassa Stigliani, Məhsul yaradılması üzrə İcraçı direktor, Bvlgari

Aeterna bir tək jestlə biləyi qucaqlayır, onu vurğulayır. Axıcı bir hərəkət. Dərinin üzərində qızılın sensual təması. Həndəsi işıq halqası. Nazik, güclü. Serpenti Aeterna yalnız özünü müəyyən etmir – o, zərif şəkildə təkmilləşdirilmiş qolbaqla özünəməxsus xarakterini vurğulayır. Dizaynı ilə çoxfunksiyalı olan bu qolbaq, şəxsi üsluba asanlıqla uyğunlaşır və digər Bvlgari yaradıcılıqları ilə mükəmməl şəkildə ahəng yaradır. Bu bənzərsiz dizayn, ağıllı bir qarmaq mexanizması sayəsində cəsarətlə biləyi sarır. Həqiqətən müstəsna bir əsərdir, estetik inteqrasiyanı və komfortu mükəmməl şəkildə əldə etmək üçün iki il təkmilləşdirilib. Keçmiş Serpenti dizaynlarının simvolu olan altıguşəli tərəzilərin naxışları incə şəkildə daxili kontura həkk edilib. Xaricdən görünməyən bu mükəmməl işlənmiş detal, Aeterna-nın Serpenti-nin möhtəşəm irsi ilə yaxın əlaqəsini gücləndirir.

Daxili zəriflik
Bvlgari, Serpenti Aeterna-nı çəhrayı qızılda, , həmçinin tam pavé-quraşdırılmış ağ qızılda yüksək zinətkarlıq təfsiri ilə almazlarla bəzədilmiş şəkildə təqdim edir. Qiymətli daşlar qar örtüyü ilə bəzədilmiş üzlükləri işıqlandırır, quyruğun ucuna qədər onurğa boyunca uzanır. Ağ qızıl versiyasında, böyük ölçülü daşlar diqqətçəkən üçölçülü effekt yaradır və obyektin cazibədar həcmini daha da artırır.

Serpenti Aeterna tək bir, vizyoner jestdən doğur. Serpenti-nin mahiyyəti olan bu avant-garde ikon, bu gün, sabah və əbədi olaraq təcrübə edilmək üçün yaradılıb. Zaman özü sanki asılı qalır, dayanır.

Xüsusiyyətlər

104313
Hərəkət:

BVF 900 əl ilə sarılan turbilon mexaniki ultra-nazik hərəkət.

Korpus, Qolbaq və siferblat:
40 mm-lik korpus, qumlu titan qolbaq dəstəyi, bezeli və orta korpusu.
Volfram karbid əsas lövhə. Paslanmaz poladdan olan sarma və vaxt
tənzimləmə çarxları dairəvi fırçalanmış səthə malikdir. Dairəvi fırçalanmış
poladdan olan ratçet, həndəsi dekorasiyası ilə oymalanmışdır.
Qumlu titan qolbaq, tam inteqrasiya edilmiş qatlanan baglama mexanizmi
ilə, 1.50 mm qalınlığında.
Saat və dəqiqə göstərici sayğacı, qumlu bürünc, antrasit DLC örtüklə, polad
bürünc əqrəblər, rodium örtüklü.

104205 (S) / 104280 (L)
Hərəkət:

Kvars hərəkət. Funksiyalar: Saatlar, dəqiqələr.

Korpus, Qolbaq və siferblat:
Çəhrayi qızıl rəngli əyri korpus və dairəvi brilliant-kəsimli almazlarla
bəzədilmiş başlıq hissə. Çəhrayi qızıl rəngli, almazlarla və bir
brilliant-kəsimli almazla bəzədilmiş tac.
Brilliantlarla bəzədilmiş çəhrayi qızıl qolbaq.
İki ölçü 104205 (S): 145 mm // 104280 (l): 155mm
Brilliant-kəsimli almazlarla pavé siferblat. Çəhrayi qızıl
rəngi ilə örtülmüş əqrəblər.

104041
Hərəkət:

Kvars hərəkət. Funksiyalar: Saatlar, dəqiqələr.

Korpus, Qolbaq və siferblat:
Ağ qızılı əyri korpus, başlıq və bezelya, yuvarlaq brilliant-kəsimli
almazlarla bəzədilmişdir. Ağ qızılı tac, almazlarla və bir zümrüd
brilliant-kəsimi ilə bəzədilmişdir.
Brilliantlarla bəzədilmiş ağ qızıldan hazırlanmış qolbaq –
ölçü (S) : 155 mm.
Brilliant-kəsimli almazlarla pavé siferblat. Yaşıl əqrəblər.