NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

The Comfort of Living at Gumush Residence

Yeni evin alınması – həyatın ən xoş mərhələrindən biridir. Lakin bu mötəbər hadisə adətən təmir və məkanınızın fərdiləşdirilməsi kimi əlavə çətinliklərlə müşayət olunur. Gümüş Residence – də biz, ideal ev arzunuzu reallığa çevirərək, bu prosesi asan və zövqverici edirik.

Gümüş Residence mənzillərinə sərmayə edərək siz, nəinki dəb – dəbəli yaşayış məkanı əldə etmiş olacaqsınız, həm də eksklüziv təklifdən də yararlanmış olacaqsınız: əldə etdiyiniz mənzilin dəyərinin 20% - dək miqdarı interyer dizayn və təmirə yönləndiriləcəkdir. Bu inanılmaz üstünlük sayəsində siz əlavə xərc və stress çəkmədən evinizi zövqünüzə uyğun olaraq quracaqsınız.

Detallara xüsusi diqqət yetirməsi ilə tanınan prestijli Lale Akkiraz Interiors - un aparıcı dizaynerlər komandası ilə əməkdaşlıq edən Gümüş Resiidence, hər bir mənzilin öz sahibinin unikal şəxsiyyətini əks etdirəcəyinə zəmanət verir. Müasir minimalizmə, klassik eleqantlığa və ya stillərin qarışdırılmasına üstünlük vermənizdən asılı olmayaraq bu mütəxəssislər sizin təsəvvürlərinizə uyğun məkan yaradacaqlar.

Məftunedici dizaynından əlavə, Gümüş Residence rahatlıq və füsünkarlığın ünvanı hesab edilir. Prestijli yerdə yerləşərək əsas şəhər üstünlüklərinə yaxınlığı təmin edir və eyni zamanda sakit ab – havanı qoruyub saxlayır. Bu sadəcə yaşayış kompleksi deyil; bu rahatlığa, prestijə və əlverişliliyə üstünlük verənlərin həyat tərzidir.

Gümüş Residence – in məftunedici dəb – dəbəsini kəf edin və nəinki tələblərinizə cavab verən, həm də gözləntilərinizi üstələyən evdə yaşamağa başlayın.