NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Bizim üçün dəyərli olan nədir?

"Nə edəcəyinizi bilmədiyiniz zaman vicdanınıza qulaq asın"
Sergey Sadov

Maariflənmək üçün həyat dəyərləri və mənəvi güc verən daxili azadlıq hissləri:

Sadiqlik
Mənəviyyat
İtaət
Mərhəmət
Səxavət
Dürüstlük
Xeyirxahlıq
Fədakarlıq
Cəsarət

Tolerantlıq
Etibarlılıq
Təmkinlilik
Minnətdarlıq
Altruizm
Razılıq
Şəfqət
Möhkəmlik
Özünə inam
Diqqət

Başqalarında dəyər verdiyiniz və onlardan gözləntiniz ilə sizin özünüzün nəyi fəda etdiyiniz arasında böyük fərq var. Unutmayın: yalnız dəyərləriniz həyatınız boyunca sizi doğru yola yönəldə bilər. Vəziyyətdən asılı olmayaraq, başqalarından aldıqlarınız deyil, verdikləriniz önəmlidir. Hər birimizin daxili “ölçü xəttimiz” var.
Əsl uğursuzluq öz dəyərlərinizə uyğun yaşamağı bacarmamaqdır, əsl uğur isə dəyərləri həyata keçirmək üçün öz üzərinizdə gündəlik çalışmaqdır.

Ülviyyə Mahmudova,
Baş redaktor