NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Fransız brendi “Yves Delorme” yeni yaz-yay kolleksiyasını təqdim etdi

" Yves Delorme " brendi cari ilin 4 sezonunu " Four Seasons Baku " oteli ilə əməkdaşlıq edərək bu yazda təqdim etmishdir.


1845-ci ildə təsis olunmuş Yves Delorm özündə sənət, yaradıcılıq, mükəmməllik və müasir texnologiyalarını birləşdirən dəbdəbəli Fransız ev tekstili brendidir. Aprelin 20-də keçirilən təqdimat çərçivəsində "Four Seasons Baku" otelinin dörd lüks otağı "Yves Delorme" yaz-yay kolleksiyasının möhtəşəm yataq dəstləri və "Yves Delorme Couture"dan olan filiqran naxışlı kətanlarla bəzədilmişdir. Hər bir dəst fəsillərdən birinin bənzərsiz görüntüsünü "Yves Delorme" fabrikinin ustalarının əl işlərinin nəticəsində ərzə gələn rəsm, bəzək və naxışlar vasitəsilə parlaq şəkildə təcəssüm etmişdir.

  •  
  •  
  •  
  •  
  •  
/


Qışı simvolizə edən «Diademe» kolleksiyası zərif motivləri ilə otaqları bürüyür. Payız çalarlarından ilhamlanan “Regates or” nömrələrə payız havasının nəfis atmosferini bəxş edir. “Bahamas” parlaq rənglərlə baharı təcəssüm edərək, təravət və şənlik hissi oyadır. Yaydan ilhamlanan “Taormina” kolleksiyası isə , yay kurortunda isti və lyuks istirahətin duyğusunu əks etdirərək otaqlara parlaq və günəşli vurğular əlavə edir.


Dövlət Akademik Filarmoniyasından xüsusi dəvət olunmuş üçlük Tədbirin musiqi müşayiətini təmin edərək qonaqlara Qavinyenin əsərlərindən zövq alıb, əzəmətli fransız atmosferini hiss etməyə kömək etdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Kolleksiyalar haqqında daha ətraflı:


Diademe/ Diadem - QIŞ
Nəcib inci rəngli Diademe dəstini bəzəmək məqsədi ilə dizaynerlər dünya aristokratiyaya üçün Vendome Meydanının ən bacarıqlı zərgərlərinin işindən ilhamlanan mürəkkəb bir naxışdan istifadə ediblər. İsti qızıl rəngli satin parçasından olan yataq dəstlərinin incəliyini isə qızıl iplə hazırlanmış diadem və tiaralara bənzəyən və maşınla ərzərə gətirilən zərif tikişlər vurğulayır. Qüsursuz incə İş və dəbdəbəli naxışlar premium keyfiyyətli pambıq yataq dəstlərini mükəmməl şəkildə tamamlayırlar


Regates Or/ Qızıl Reqata – PAYIZ
"Regates Or" ptemium kolleksiyasının dizayneri Jerome Delmas "Cartier" zərgərlik evinin yaratdığı "Trinity" zinət əşyalarından ilhamlanıb. Yüksək keyfiyyətli satindən olan dəbdəbəli yataq dəstini Jean Cocteau tərəfindən icad olunan və əbədiliyi simvolizə edən üç ayrılmaz halqalar bəzəyir. Hər halqa bir insanın həyatındakı ən vacib əlaqələri simvollaşdırır: sevgi (çəhrayı qızıl zolaq), dostluq (sarı qızıl zolaq) və sədaqət vədi (ağ qızıl zolaq).

Bahamas / Bahamalar - YAZ
Çiçək mövzusu romantik Bahamas dəstində öz davamını tapdı. Rənglərin qarışıqlığı, təxəyyül oyunu və qeyri-adi tropik çiçəklər bu yataq dəstinin əsasını təşkil etdi. 15-dən çox rəngdən istifadə edərək əllə çəkilmiş incə naxış bizə ekzotik yaz bağları haqqında sonsuz xəyal qurmağa imkan verir. Dəstin "Supima" kətandan hazırlanan parça mükəmməl rənglənir və işıqlandırma bucağına baxmayaraq naxışın kölgəsini həmişə dəyişməz olaraq saxlayır. Bu həm də onu vurğulayır ki, çoxsaylı yuyulmalardan sonra da ornamentin parlaqlığından həzz ala biləcəksiniz.


Taormina / Taormina – YAY
Aralıq dənizin füsinkar sahilləri və İtaliya cənubunun ən dəbdəbəli kurortlarından sayılan Sardin, Siciliya və Kaprinin unudulmaz təsiri “Taormina” komplektinin yaradılmasına təkan vermişdir.
Üzərində biri-biri ilə qarışaraq zərif zərgərlik əsərini xatırladan halqalarının əksi olan model - ən tələbkar qəlbləri şadlandırmağa qadir olan zəriflik simvoludur.
Bu yataq dəstinin xüsusiyyəti yalnız incə iki tərəfli naxışlardan ibarətliyi deyil. Kolleksiyanın hazırlandığı perkal nəmi mükəmməl özünə cəkmə və hava keçirmə qabiliyyətinə malikdir. Bu səbəbdən Taormina dəsti yay üçün əvəzedilməz seçimdir. "Yves Delorme" nin yaradıcılıq təqdimatı özündə bədii toxuculuq sənətinin bacarıqlarını və fransız manufakturlarının irsini birləşdirir. Buda öz növbəsində Bakının özünəməxsusluğunu qoruyub saxladığı ilə yanaşı Qərbin ən yaxşı ənənələrini məharətlə mənimsədiyinə bənzəyir və "Art de Vivre" fəlsəfəsini – fransız sayağı yaşamaq fəlsəfəsinin populyarlaşdırır.

Şirkət haqqında
Fransız şirkəti "Fremaux Delorme", 1845-ci ildə qurulduğu gündən bəri lüks tekstil və incə yataq dəstləri istehsalında dünya lideri olaraq qalmışdır. Ən yaxşı Avropa ənənələrində yalnız təbii lifdən istehsal olunan "Yves Delorme" kolleksiyaları, Fransanın yüksək moda istehsalının tarixi irsinə xas olan güzəştsiz keyfiyyət və detallara diqqət yetirməklə fərqlənir.
"Yves Delorme" - Azərbaycan daxil olmaqla, dünyanın bir çox ölkələrində ev interyerinin zərifliyi və nəcibliyinin rəmzidir.
Bu gün 450-dən çox "Yves Delorme" butiki demək olar ki, bütün Avropa ölkələrində, Şimali və Cənubi Amerika, Asiya, Avstraliya və Yaxın Şərq alıcıları üçün açıqdır.

“Yves Delorme” Azərbaycanda
“Yves Delorme” kolleksiyaları ilə tanış olmaq üçün Sizi “Yves Delorme” butikinə dəvət edirik!
Ünvan: Bakı şəhəri, 28 May küçəsi 26.

Yeni məlumat üçün sosial şəbəkəmizi izləyin:https://www. instagram. com/ydl_baku/