NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Bakıda “Force of Love” bahar festivalı keçirildi

30 may – 1 iyun tarixlərində Space_____________13 məkanında şəhərimizin sakinləri və qonaqlarına unudulmaz bayram əhval-ruhiyyəsi bəxş etmiş “Force of Love” festivalı keçirildi. Festivalın əsas məqsədi ailə, uşaqlar və dostlarla toplaşmaq və birlikdə gözəl zaman keçirmək imkanı yaratmaq idi. Şəhərimizin sakinləri və qonaqları bu günlərdə keçirilən festivalı ziyarət edərək müxtəlif bəzək əşyaları, ev üçün məhsullar, rəsm əsərləri, kitablar, geyim, çantalar və bir çox digər məhsullar əldə etdilər. Ziyarətçilər eyni zamanda müxtəlif təamları və içkiləri dadmaq fürsətindən də yararlandılar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Festivalın ilk günü uşaqlara həsr olunmuşdu. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, təşkilatçılar 2 saylı Uşaq Evinin sakinləri üçün xüsusi proqram hazırlamışdılar. Gənc tamaşaçılar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorları tərəfindən təqdim olunan kukla tamaşasına baxdı, fokusçunun çıxışını izlədi, master-klasslarda iştirak etdi, ləzzətli təamları daddı və hədiyyələr aldılar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Növbəti günlərdə proqram daha geniş tamaşaçı kütləsi üçün davam etdi. Festivalın qonaqları – həm böyüklər, həm də uşaqlar – böyük məmnuniyyətlə yaradıcı master- klasslarda iştirak etdilər. İştirakçılar “Ekosfera” Sosial-Ekoloji Mərkəzi, Təhsil Nazirliyi nəzdindəki Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firuzə Sultanzadənin rəhbərliyi ilə təşkil olunan xalçaçılıq, trafaret yazısı, parfüm hazırlanması, LEGO buketlərinin yığılması və digər yaradıcı ustad dərslərinə böyük maraq göstərdilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Bundan başqa, Buketeria tərəfindən təqdim edilən floristika, World Class tərəfindən təşkil edilmiş yoqa master-klasslarında, Natural Wood Gifts tərəfindən təşkil edilmiş nərd turnirində iştirak etmək, Fərid Mehtiyevlə baçata rəqsini öyrənmək, Project Flat təamlarını dadmaq, Game Buzz tərəfindən təqdim edilmiş oyunları oynamaq, Bəhram Bağırzadənin kitablarını əldə etmək, xına ilə əlləri bəzəmək və feys – art təcrübəsi yaşamaq imkanları ziyarətçilərin ixtiyarında idi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Festival çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən “YARADICI” – Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi tərəfindən müxtəlif tematik master-klasslar, maarifləndirici və stolüstü oyunlar, vorkşoplar təşkil olunmuşdu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Həmçinin, 1 iyun tarixində gələcək nəsillərə qayğı və təbiətlə harmoniya simvoluna çevrilmiş ekoloji jest olan ağacəkmə aksiyası da baş tutmuşdur.

  •  
  •  
  •  
  •  
  •  
/

Tədbirin tərəfdaşları: Bolt Ride, ÜNNA Studio, The Modaology, Emray Brand, Thea London, DOVA 24, SPA CEYLON, Saboon Deluxe, Zehni Store, Atelier Rebul, Sandiq Accessories, Feming Accessories, Bloom Academy, Hamar, Crazzy Gifts, Iticket, Turka Coffee, Bubble Tea, Eatme, Baristica, The Attack, Mobitruck, Asmat Bar, Milla.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Üç gün boyu göstərilən musiqili müşayiətə görə Baku City Circuit-ə, texniki dəstəyə görə A+A Events şirkətinə və nəqliyyatın təşkili üçün BakuBus-a təşəkkür edirik.

“Force of Love” festivalının bir hissəsinə çevrilən hər kəsə – tərəfdaşlara, iştirakçılara və qonaqlara dərin minnətdarlığımızı bildiririk.

Siz bu günləri sözün əsl mənasında doğma, parlaq və unudulmaz etdiniz!