NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

What's Cooking: Yeni il şirniyyatları

icon

Yeni ildən əvvəl mən çox vaxt şirniyyat bişirirəm. Peçenye, merenglər və piroqlar. Ən sadə və ən sevimli - əlbəttə ki, peçenye bişirməkdir. Çayın yanında yulaflı və limonlu peçenye - ən ləzzətlidir. Amma ən çox sevdiyim şokolad qırıntıları ilə olandır, baxmayaraq ki, bu qırıntıları şokolad parçaları adlandırmaq olmaz. Asanlıqla bişirilir, tez yeyilir və həm dostlarınıza, həm də ailənizə əla hədiyyə ola bilər.

image2_2

15-18 nəfərlik peçenye:

  • 200 qram kərə yağı (əritmək lazımdır);
  • 1/2 stəkan bəyaz toz şəkər;
  • 3/4 stəkan qəhvəyi toz şəkər;
  • 3/4 stəkan un;
  • 1 yumurta;
  • 1 xörək qaşığı duz;
  • 1/2 çay qaşığı qabartma tozu;
  • 1/4 çay qaşığı soda;
  • 1 çay qaşığı vanil ekstraktı;
  • 200 qram şokolad qırıntıları (parçalara bölünmüş şokolad plitkası)

image4_1

Yağı şəkər və yumurta ilə çırpın. Un, soda, qabartma tozu və duz əlavə edin. Un və şokolad qırıntılarını bir qaba boşaldın. Eyni kütlə alınanadək qarışdırın. Toplar düzəldin və bişirmə qabına düzün. Mən hər topa bir kiçik parça dəniz duzu qoyuram. Topların bişərkən yapışmaması üçün bir-birinə 5-7 sm məsafədə düzün. 190 dərəcədə 10 dəqiqə bişirin.

image3_1

Şəbəkə üzərində soyudun.

image1_2

Bon appetit!

Mətn və foto: Həcər Əliyeva