Bahar və ya yay şirniyyatı istədiyim, lakin giləmeyvənin olmadığı zaman, mən nə edirəm? Mən qaragiləli Muffin bişirirəm. Əlbəttə ki, yaxşı olardı ki, təzə giləmeyvə olsun, amma yoxdursa - məyus olmayın. Dondurulmuşları var, onları isə tam yetişən dövrdə toplayırlar və konservləşdirirlər.
Muffin resepti olduqca çoxdur, çeşidləri isə daha da çoxdur. Şokolad həvəskarı olaraq bu zövqdən heç vaxt imtina edə bilmərəm. Lakin garagiləli muffin - bambaşqa bir hekayədir. Onunla ən zərif hisslərim bağlıdır. Bəs rəng? Garagilənin isti temperatur altında karamelləşdiyi və bütün kütləni xoş bənövşəyi rəngə bürüdüyü an - tam bir göz oxşayan tamaşadır.
12 Muffin üçün lazım olacaq:
320 qram un
200 qram şəkər tozu
2 1/2 çay qaşığı qabartma tozu
2 çay qaşığı duz
0.5 çay qaşığı cövüz
2 stəkan garagilə (yarısından çoxu xəmirə vurulur, qalanı isə daha sonra üst qata səpilir)
2 böyük yumurta + 2 çırpılmış yumurta sarısı
150-200 ml ağ yoğurt (1 1/2 stəkan)
100 qr kərə yağı (ərimiş)
1 çay qaşığı limon qabığı
2 çay qaşığı limon şirəsi
2 çay qaşığı vanil ekstraktı
2 çay qaşığı qəhvəyi və ya ağ şəkər
Sobanı 220 dərəcədə açırıq.
Muffin üçün xüsusi kağız qabları bişirmə formasına düzürük.
Unu, şəkəri, duzu, qabartma tozunu, cövüzü qabda qarışdırırıq. Garagiləni əlavə edirik və qarışdırırıq.
30 saniyə ərzində bütün yaş inqrediyentləri xüsusi qabda və ya əl mikseri ilə qarışdırırıq (taxta qaşıqla da olar) - yoğurt, yumurta, kərə yağı, limon qabığı, limon şirəsi və vanil ekstraktını. Ehtiyatla quru inqrediyentləri və yumurta kütləsini əlavə edirik.
Xəmiri xüsusi qablara paylaşdırırıq, hər bir muffinin üzərinə bir qədər garagilə və şəkər tozu səpirik. 25-30 dəqiqə bişiririk.
Bon Appetit!
Mətn və foto: Həcər Əliyeva