NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

What's Cooking: Darçınla lap dünyanın sonuna qədər!

icon Bəs darçınla adi mainstream, pumpkin spice latte, payız, sviter və sair kimi daha çox nə əlaqələndirilir? Əlbəttə ki, Cinnamon rolls. Ədviyyəli darçınlı bulka məmulatlarını heç bir şeylə əvəz etmək mümkün deyil. Gəlin realist olaq və bulka kralına və müxtəlif kökələrə haqqını verək. Onları sonsuz yemək olar!

Əlbəttə ki, bu vaxt tələb edir, amma nəticə buna dəyər. Cinnamon rolls'u həmişə səhər tezdən bişirməyə çalışıram. Darçın qoxusunun evə necə yayıldığını təsvir etməyə yəqin ki, ehtiyac yoxdur: bundan daha gözəl nə ola bilər? Əvvəlcədən deyim ki, kaloriləri hesablamayın - bu birmənalı olaraq yüksək kalorilidir. Yağ, şəkər və xəmir - başqa nə gözləmək olar! Lakin özünüzü, ailənizi və dostlarınızı arada əzizləmək olar. Mən hər zaman 2 porsiya bişirirəm, çünki birini evdə saxlayıram, digərini isə bölüşürəm. Əgər bölüşmək istəmirsinizsə (tamamilə bağışlanasıdır), o zaman onları konteynerdə və ya qida kağızında dondurub, birbaşa dondurucudan bişirmək olar.

cinnamon3

12-14 ədəd roll üçün sizə lazım olacaq:

Xəmir:

  • 1 stəkan ilıq süd;
  • 1 paket quru maya;
  • 4 xörək qaşığı şəkər tozu;
  • 1 ədəd yumurta;
  • 50 qr əridilmiş kərə yağı;
  • 1/4 çay qaşığı duz;
  • 450 qram un.

İçlik:

İçliyi şəkərdən və darçından hazırlanır. Şəkər və darçının xəmirə yapışması üçün, onu mütləq yağlamaq lazımdır. Mən adətən otaq temperaturunda olan yağdan istifadə edirəm və əllərimlə onu səthə yayıram. Başqa bir variant da var - əridilmiş yağı fırça ilə yaymaq olar.

  • 1 stəkan şəkər (varsa ağ və qəhvəyi qarışıq);
  • 2 xörək qaşığı darçın;
  • 80 qram yağ və ya 40 qr əridilmiş yağ;
  • Şirəsi:
  • 2 stəkan şəkər nişastası;
  • 2 xörək qaşığı kərə yağı;
  • Vanil;
  • 1 xörək qaşığı süd;

Kasada nişastanı və yağı qarışdırın, süd əlavə edin. Şirə xama kimi və ya daha duru ola bilər.

Mayalı xəmiri yoğururuq. Mayanı süddə həll edirik, qalan inqrediyentləri əlavə edərək yoğururuq. Xəmir yumşaq alınmalıdır. Kasaya bir qədər yağ damcıladırıq, xəmirə yumru şəkil veririk, plyonka ilə örtürük və bir saatlığına isti yerdə saxlayırıq. Xəmir iki qat qalxmalıdır.

Bir saatdan sonra xəmiri mütləq ovuşdurmaq lazımdır, unlu bir yerə qoyub düzbucaq forması verərək yayırıq. Bütün səthi yağlayın və içliklə doldurun (bu mərhələdə üzüm və qoz-fındıq əlavə edə bilərsiniz).

Xəmiri boru şəklində düzəldirik. Nə qədər çox büksək, o qədər çox içli spiral alınacaq. Əvvəlcə 2 hissəyə bölün, sonra isə istədiyiniz ölçüdən asılı olaraq porsionlu rollar şəklində kəsin.

cinnamon

Rolların spirallı tərəfi yuxarı olmaqla dərin forma qabına düzürük. Bişmə prosesi zamanı ölçüsü artdığı üçün aralarında məsafə qoyuruq. Bişərkən bir-birinə yapışmalıdırlar.

Rolların üstünü qida plyonkası ilə örtürük və 30-40 dəqiqə otaq temperaturunda saxlayırıq, bu müddət ərzində onlar bir az qabaracaq.

cinnamon1_

40 dəqiqədən sonra sobaya qoyun: 30 dəqiqə 175 dərəcədə qızaranadək bişirin.

Sobadan çıxarın, bir qədər soyuduqdan sonra üzərinə şirə tökün.

Mənim fikrimcə onlar isti şəkildə daha dadlıdır!

cinnamon2

Bon appetit!

Mətn: Həcər Əliyeva