NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

What's Cooking: Brioş

icon

Brioş bulkalarının hazırlanması üçün reseptlər çoxdur (brioş - fransız dilindən brioche - bulka məmulatıdır; pivə mayesindən hazırlanmış yağlı xəmirdən şirin bulkadır). Kimi yağı əvvəlcədən əlavə edir, kimi yağı əli ilə, kimi isə - mikserlə çırpmağı məsləhət görür, yumurta sayı da dəyişir. Brioş bulkalarının bütün həvəskarlarına demək istəyirəm ki, bu bulkaların evdə hazırlanması üçün səbr lazımdır və bu ləzzətin ucuz başa gəlməyəcəyi barədə xəbərdarlıq etmək istəyirəm. Təzə yumurtadan, yaxşı yağdan istifadə etmək və çoxlu sevgi qoymaq lazımdır; o zaman məmulat havalı və incə olacaq.

screen_shot_2017-11-29_at_12.45.50

Sizə tez hazır olan bir resept təqdim edirəm, baxmayaraq ki, mən xəmiri bir gecə soyuducuda özünə gəlməsi üçün saxlayıram. Amma bu sadəcə ona görədir ki, bütün mənim kulinariya sərgüzəştlərim gecə başlayır. 

image4Brioşu mən sadəcə təzə olaraq sevmirəm, bəzən hətta bir neçə gün qurumağa qoyuram və fransız tostları hazırlayıram, onlar çox ləzzətli alınırlar!

10 nəfərlik porsiya üçün:

  • 2,5 çay qaşığı quru maya;
  • 2 xörək qaşığı şəkər tozu;
  • 5 yumurta;
  • 375 qr. un;
  • 1 çay qaşığı duz;
  • Üzərinə sürmək üçün:
  • 175 gr. kərə yağı;
  • 1 yumurta.

2 xörək qaşığı ilıq suda maya və şəkəri qarışdırın, 10 dəqiqə gözləyin. Yumurtaları çırpın. Unu ələkdən keçirərək və duz əlavə edərək böyük bir qaba tökün.

Çırpılmış yumurtanı una əlavə edin. Xəmiri yoğurun. Xəmir əvvəlcə duru alınacaq, elastik və yüngülvarı ələ yapışan olanadək təqribən on dəqiqə yoğurmaq lazımdır.

Qabı bir damcı yağ ilə yağlayırıq və xəmiri yuvarlaqlaşdıraraq iki qat qabarana qədər təxminən 2-3 saat saxlayırıq.

2-3 saatdan sonra yüngülvari xəmiri yoğururuq və yumşalmış yağı səliqə ilə xəmirə yediririk. Yağ tamamilə həll olunanadək xəmiri yoğurmağa davam edirik.

Forma götürürük (məndə hündür düzbucaq formalardır), istənilən formada bişirmək olar. Formanı bir damcı yağ ilə yağlayırıq və dibinə bişirmə kağızı səririk. Xəmirdən balaca toplar düzəldirik və aralarında bir az yer qoyaraq döyəcləyirik, çünki xəmir qabaracaq. Bir saat və ya saat yarım daha qabarmağa qoyuruq.

screen_shot_2017-11-29_at_12.45.30

Üzərinə yumurta və ya sadəcə yumurtanın sarısını sürürük və 180 dərəcə isinmiş sobada 25-30 dəqiqə bişiririk.

Formadan çıxarmamışdan əvvəl bir qədər soyumağa qoyuruq.

image1_1

Təzə brioş bulkalarını tosterdə qızardıb, üzərinə kərə yağı sürəndə xüsusilə dadlı olur.

Bon appetit!

Mətn: Həcər Əliyeva