
Viktoriya Bekham 70-ci illərin kostyum kəsimi mövzusunda fantaziya edib. Onun kruiz kolleksiyasına dizaynerin özünün də məmnuniyyətlə geyinə biləcəyi ağ şalvarlı kostyumlar, yam-yaşıl zümrüdü çalarlı əşyalar, Helmut Nyuton üslubunda yüksəkbel enli şalvarlar daxildir. Kolleksiya Viktoriyanın özünün və alıcıların istəklərinə cavab verən klassik tərzdə alınıb. Viktoriya Bekhamın inanılmaz qabiliyyətlərindən biri – rəngləri və çalarları birləşdirmək bacarığıdır. O, burjua bej rəngini retro qəhvəyi rəngi ilə birləşdirmək üçün baş sındırmır – onları tünd mavi dəri köynəklə və ya açıq burunlu narıncı çəkmələrlə birləşdirir və voila!