Bizi izləyən geyim. Tommy Hilfiger, yeni Tommy Jeans XPlore innovasiv xəttini buraxıb.
Tommy brendinin pərəstişkarı, cins şalvar və cins ətəklər, həmçinin bir sıra mikroçipli aksesuarlar əldə edə biləcəklər. Xplore çip hərəkətləri izləyəcək və mükafatlar təklif edəcək. Tommy Jeans mağazalarını ayrıca ziyarət etdikləri üçün də bonuslar toplacaq. Lakin narahat olmayın, bütün toplanan məlumatlar şifrələnəcək və istifadəçilər izləmə rejimini ləğv edə biləcəklər.
Kolleksiya hal-hazırda sadəcə ABŞ-da mövcuddur, şirkətin veb-saytından və ya flaqman mağazasında sifariş etmək mümkündür.