26 iyun – Vətənimizin tarixində ən şərəfli səhifələrdən biridir! Məhz bu gün Azərbaycan Milli Ordusunun bünövrəsi qoyulmuşdur. 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür! Və bu professional bayramda “Artilleriyanın Allahı”nı yad etməmək mümkün deyil.
Əliağa Şıxlınski – Rus imperator ordusunun və Azərbaycan Demokratik ordusunun hərbi rəhbəri, Sovet hökumətinin hərbi lideri, artilleriyanın generalı bizim ordumuzun yaradılmasında fəal iştirak etmişdir. Onun xalqımız üçün ən böyük nailiyyətlərdən biri 1917-ci ildə baş tutmuşdur. Həmin ayın 15-də Qafqaza qayıdan general Şıxlinski Tbilisidə ilk dəfə azərbaycalıların milli orqanını yaradır. Beləliklə o, Azərbaycanın Milli Ordusunun əsasını qoyur.
General-leytenant bu fəxri adını təsadüfən almayıb: o, artilleriya tarixində ilk dəfə görünməz hədəfə atəş açma üsulunu hazırladı və artilleriya hazırlığını yaxşılaşdırmaq üçün bir sıra yenilikləri təqdim etdi.
General Şıxlinskinin həyat yoldaşı, ilk azərbaycanlı şəfqət bacısı – Nigar xanım dünyasını dəyişəndən sonra o, son günlərinədək tənha yaşadı, axı tale onlara uşaq bəxş etməmişdi.
18 avqust 1943-cü ildə, 12 il sonra general M.Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edir. Əliağa Şıxlinskinin dəfn mərasimi filosof Heydər Hüseynov tərəfindən təşkil olunur. Əliağa Şıxlinski ahıl yaşlarında vəfat etdi və yaxınlaşan ölümünü fəlsəfi qarşıladı. “Xatırlayıram, atam danışardı ki, general əməliyyat olunmalı idi, amma o imtina edir və həkimlərə deyir: “Döyüş meydanında həlak olacaq mənim kimi əsl döyüşçünün ölümü əməliyyat masasında qarşılaması heç yaxşı olmaz” ” – “Artilleriyanın Allahı sayılırdı” sənədli filminin müəllifi Ziya Şıxlinski deyirdi.
Mərasimi Bakı Hərbi Qarnizonunun kədərli orkestri müşayiət edirdi. “Artilleriyanın Allahı” hərbi komandirlər tərəfindən güllə səsləri altında dəfn olundu.
Dostlar, Azərbaycan ordusunun 100 illiyinə həsr olunmuş, “Azadlıq” meydanında keçiriləcək paradı qaçırmayın.
Mətn: Qəmər Məmmədova