NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Rosiebeautyblog: Tanışlıq

Azərbaycan Tibb Universitetinin məzunu, gözəl həyat yoldaşı, sevimli körpənin anası Roza Babayeva həmişə ideya və irəliləmək arzusu ilə doludur.

Roza, hələ məktəb partasından kosmetoloq-dermatoloq olmaq arzusunda idi və ona görə də ATU-ni seçdi. Hər şeyi 100% öyrənməyə alışan və nail olduğu ilə kifayətlənməyən qəhrəmanımız aparıcı kosmetoloq və dermatoloqların yanında bir neçə kurs keçib.

Bir gün rəfiqələrinin və tanışlarının ona dəriyə qulluq, müxtəlif kosmetik məhsulların seçimi ilə bağlı məsləhətlər almağa müraciət etmələri Rozanın diqqətini çəkir və o, özünü blogger kimi, amma məhz beauty-blogger kimi sınamağa qərar verir. Budur, nisbətən yaxınlarda istifadəyə buraxılan Rosiebeautyblog artıq 6.000 abunəçiyə sahibdir!

Beauty-blogger necə oldunuz?

Yeniyetmə yaşlarımda baş rolu əvəzolunmaz Sophia Loren'in canlandırdığı "İtalyan sayağı nigah" filminə baxmışdım. Ona, onun gözəlliyinə, zərifliyinə, qadınlığına aşiq olduğumu demək - ümumiyyətlə heç nə deməməkdir. Məhz o, məni cins şalvarı çıxarıb paltar geyinməyə, saç düzümümü dəyişməyə, özümə fərqli tərəfdən baxmağa ilhamlandırdı. Elə həmin il doğum günüm üçün hədiyyə olaraq ilk gənc kosmetika dəsti və fırçalar istədim. Mənim gözəl anam maraqlarımı dəstəklədi və istədiklərimi mənə hədiyyə etdi. Mən də təcrübələrimə başladım. Anamın həmişə kosmetikaya qarşı həvəsi var idi, özünə həmişə qulluq edirdi. Gözümün önündə yaxşı bir nümunə var idi, buna görə bu işə uşaqlıqdan bəri yüksək marağım var. Sonra isə - universitetə daxil olmaq, yeni tanışlıqlar, rəfiqələr... Tanışlarımın mənə tez-tez baxımla bağlı məsləhətlər üçün müraciət etdiklərini gördükdə özümü beauty-blogger kimi sınamağa qərar verdim. Təklif olunan kosmetik məhsullar okeanında yolumu tapmaq üçün çoxlu sayda kosmetikanı öz üzərimdə sınamaq məcburiyyətində oldum (qeyd etmək istərdim ki, bu mənim inanılmaz dərəcədə xoşuma gəlirdi). Çünki oxucularımın qarşısında böyük məsuliyyət daşıyıram və artıq onların bir çoxu ilə də dostlaşmışam!

Blogger olmaq - asan iş deyil, lakin beauty-blogger olmaq - daha da çətindir. Səhər oyandığınızda ilk işiniz Instagram və ya başqa bir xüsusi beauty-ritual səhifəsini yoxlamaq olur?

Beauty-blogger olmaqdan savayı mən ilk növbədə həkiməm. Buna görə mən səhərimi bir stəkan su ilə açıram və bunu hər kəsə tövsiyə edirəm, çünki bizim gözəlliyimiz - sadəcə düzgün kremlər, losyonlar deyil, həm də sağlamlığımızdır. Sonra mütləq Instagram səhifəsinin yoxlanılması.

Blogun tərtibatından başqa nə işlə məşğulsunuz?

Blogun tərtibatından başqa mən nadinc bir uşağın anası, yuvamın qoruyucusuyam, idmanla məşğul oluram və mənim üçün dəyərli olan insanlara vaxt ayırıram - ailəmə və dostlarıma.

Evinizdə nə qədər kosmetika var və uyğun gəlməyən vasitələrlə nə edirsiniz?

Çox, lap çox! Əgər individual xüsusiyyətlərə görə mənə uyğun deyilsə bu vasitələrin uyğun gələn qızlarımla məmnuniyyətlə bölüşürəm. Müddəti keçmiş məhsullara gəldikdə isə - bu vaxta qədər belə hal baş verməyib, əgər şkafda müddəti keçmiş krem və ya lak aşkar etsəydim, onu mütləq zibil qutusuna atardım. Yəqin sirr deyil ki, hər bir həkimin iş prinsipi - zərər verməməkdir! Buna görə hər zaman hər kəsə müddəti keçmiş məhsullardan qurtulmağı təkidlə məsləhət görürəm!

Ən çox istifadə etdiyiniz hər hansısa bir universal beauty-obraz var?

Mən təcrübələr aparmağı çox sevirəm və yeni trendləri izləyirəm. Hərçənd arsenalımda bəzi sevdiyim obrazlar var, amma mən yenə də təbiiliyi qorumaq şərti ilə yenilikçiyəm.

Kosmetika çantasının formalaşmasına nədən başlamağı tövsiyə edirsiniz? Çantada hansı qulluq və ya dekorativ vasitələr olmalıdır?

Hər bir qadının kosmetik çantasında - SPF qoruma kremi, baza, ənlik, tonal krem, kirpiklər üçün tuş, güzgü və dodaq üçün cover olmalıdır. Yüksək texnologiya və kosmetoloji sahədə çox sayda kimya istifadə olunan bir dövrdə, mən bir həkim kimi kosmetikanı və qulluq vasitələrini dərinizin növünə, bu və ya diqər məhsulun fərdi dözümlüyünüzə uyğun seçməyinizi məsləhət görürəm. Mən özüm seçim zamanı tərkibi çox diqqətlə araşdırıram və hipoallergik təbii kosmetikaya üstünlük verirəm.

rosie2

Bəs əgər Siz dünya səyahətinə çıxsaydınız, Sizin beauty-dəstiniz necə olardı (ən minimumu)?

Dünya səyahəti - xüsusi bir hadisədir və sevdiyim üz kremini və ya bədən yağını unutduğımdan əhvalım pozulmamalıdır. Ən azından ona görə ki, müxtəlif qitələrdə müxtəlif iqlim şəraiti mövcuddur. Beləliklə, mən hər şeyi götürərdim! Amma ilk növbədə - dərinin təmizlənməsi üçün vasitələr, nəmləndirici və SPF-qoruyucu kremləri.

Sizin kosmetika çantanızda ən bahalı şey nədir?

Mənim kosmetika çantamda ən bahalı şey - doğum günümə hədiyyə olunmuş elə kosmetika çantamın özüdür.

Düşünülməmiş alış-verişi necə edirdiniz?

Biz 21-ci əsrdə yaşayırıq və əlbəttə, şopaqolik olmaq istəyi böyükdür, amma mən yenə də nəfsimi tutmağa çalışıram və demək olar ki, düşünülməmiş alış-veriş etmirəm.

Öz blogunuzu üç sözlə necə təsvir edə bilərsiniz?

Mənim fikrimcə, o, çox əlverişlidir, çünki təcrübəli oxucu söhbətin nədən getdiyini anlasın deyə mən nadir hallarda tibbi terminlərdən, ağıllı kəlmələrdən istifadə edirəm. Maraqlıdır - çünki mən buna ruhumu qoyuram. Faydalıdır - çünki mən hər zaman hər kəslə biliklərimi və təcrübələrimi məmnuniyyətlə paylaşıram.

Nə vaxtsa aldığınız ən yaxşı beauty-məsləhət?

Gözəllik - təbiilikdir! Hər bir obraz gözəldir, əgər o sizin xüsusiyyətlərinizi üzə çıxarır və qüsurlarınızı örtürsə.

Rosiebeautyblog oxucularına nə məsləhət verərdiniz?

Gigiyena və DQ (düzgün qidalanmağa) riayət etmək - görünüşü dəyişmək üçün bir bazadır. Buna görə də, su için, idmanla məşğul olun və mənim blogumu oxuyun. Mənim missiyam isə - Sizi daha da gözəl olmağa təşviq etməkdir!

rosie1

Artıq hər həftə bizim oxucularımız Rozanın məsləhətləri və tövsiyələri ilə saytımızda tanış ola biləcəklər: qulluq məhsulları, beauty-suallara ən düzgün cavablar və bir çox şeylər Nargis üçün Rosiebeauty blogunda!