Gözəl və sağlam bir dərinin olması üçün ilk və əsas addım onun düzgün təmizlənməsidir. Bu mərhələni göz ardı etmək və ya əhəmiyyət verməmək olmaz: üz yumaq üçün vasitələrin seçiminə maksimal dərəcədə diqqətlə yanaşmaq lazımdır.
Cildinizin növünü təyin edin. Lakin bu göstərici olduqca dəyişkəndir və havadan, fiziki vəziyyətinizdən və s. asılıdır. Əgər Sizin dəriniz qarışıqdırsa müxtəlif hissələrdə iki vasitədən istifadə edə bilərsiniz. Dəri baxımına aid bir əsas məqam daha - onun maksimal dərəcədə nəmləndirilməsidr. Dəridə nə qədər çox nəm varsa, o qədər parıldayır və sağlam görünür.
Dərinin təmizlənməsində favorit vasitələrimi Sizinlə paylaşıram:
- Kiehl's Ultra Facial Cleanser. Kiehls məhsulu ilə 2 il əvvəl İsveçrədə tanış oldum. Mənim cildim - qarışıqdır, quruluğa meyllidir. Mən bir çox vasitələri sınamışam, lakin uyğun "üzyuyan" tapa bilməmişəm, çünki onların çoxu əsasən dərini qurudur və dartır. Cenevrədəki iqlimin spesifik olduğunu nəzərə alsaq, xüsusi qulluğa ehtiyac var idi. Əgər mənə kimsə bütün dərilərə uyğun vasitənin olduğunu, bu vasitəni qışda və yayda, quru və həssas dəri üçün istifadə etmək mümkün olduğunu söyləsəydilər, heç vaxt inanmazdım. Ultra Facial Cleanser məhz belə vasitələrdəndir, üz yumaq üçün vasitələr arasında birmənalı şəkildə favoritdir! O, incə şəkildə dərini təmizləyir, qıcıqlandırmır, quru dəriyə qarşı qoruyucu və zərifdir (bütün digər yuma gelləri məndə dartma hissi yaratmışdı), yuyuluqdan sonra dəri təmiz, yumşaq və nəmli olur. Vasitənin gözəl tərkibi var (ərik çəyirdəyinin yağı, E vitamini, avokado yağı), o, parabenə malik deyil, dərinin PH balansını qoruyur.
- Bioderma misellyar suyu. Misellyar su ən həssas dərilər üçün uyğundur, çünki tərkibində qələvi və spirt yoxdur. Bioderma vasitəsi mənim üçün gündəlik həyatımda əvəzsiz köməkçidir! Üz və göz qapaqlarının ən həssas və ən zərif dərisini qıcıqlandırmır və qurutmur, onun təmizləyici xüsusiyyətləri isə sadəcə heyrətə salır! Hətta ən suya davamlı makiyajın belə öhdəsindən mükəmməl şəkildə gəlir. İstifadədən sonra quruluq və dartılma olmur.
- Kiehl's Rare Earth Deep Cleansing Masque mənimlə bərabər isti və nəmli yay mövsümünə, dəniz səyahətlərinə, hamiləlik və bərpa dövrünə, müxtəlif xarici və daxili dəyişikliklərə davam gətirdi. Fərqli dərilərə malik olan xanımlara bu maskaya diqqət yetirmələrini tövsiyə edirəm - normaldan yağlıya, həmçinin problemlidən həssasa qədər. Maska toplayıcı təsir göstərir. Bu maska dərini qaydaya salır: müəyyən dövrlərdə mən maskanı 1-2 həftə ərzində gündəlik və ya günaşırı istifadə edirdim. Bu cür kurslar bir neçə dəfə, müxtəlif mövsümlərdə zəruri hallarda keçirirdim. Heç bir quruma və digər yan təsirlər heç vaxt olmayıb. Təmiz dəriyə sürürəm, maskanı 10-15 dəqiqə saxlayıram (əgər çox tez quruyursa, hər hansı bir termal suyu çiləyə bilərsiniz). Hətta ən dərin məsamələri belə təmizləyir (bir neçə istifadədən dərhal sonra təsirini görəcəksiniz). Dərini yeniləyir və düzləşdirir. Əgər maskanı səhər saatlarında istifadə edirəmsə, o zaman onun təsirini üz üçün hər hansı bir dekorativ vasitə ilə "korlamaq" istəmirəm. Dəri təravətlidir, hamardır və aldır.
- Cildim mükəmməl deyil. Bəzən o nazlanır. Möhkəm quruluq hiss edirəm. Yay aylarında həddindən artıq istilərdə yağlı olur. Bəzən kiçik sızanaqlar əmələ gəlir. Məsamələr çox həssasdır: əgər nəsə dərimin xoşuna gəlmirsə dərhal dolur. Makiyajı yaxşı təmizləmədinsə - dolur. Pis krem istifadə etdin - bir gecədə dolur. Özüm üçün ideal vasitələr tapmışam: kremlər, nəmləndiricilər və s. LAKİN! İdeal dərinin olması üçün əsas addım - onu yaxşı təmizləməkdir. Bu işdə mənə sevimli CLARISONIC kömək edir. Həssas dəri üçün fırçam var, o bütün MIA2 cihazlarının dəstində gəlir. Həmçinin normal dəri üçün məsamələrin incə və dərin təmizlənməsi üçün başlıqlar da mövcuddur. Fırçanın heyran edici görünüşü var! Çox gözəl, səliqəli. Onu əldə tutmaq, istifadə etmək çox xoşdur. Təmizləmə zamanı dəri saniyədə 300 titrəyişli hərəkət hiss edir. Bu yalnız təmizlənmə deyil, həm də cilalama və çox xoş bir masajdır. Cihazın 1 dəqiqə vaxt ölçəni var. İlk 20 saniyə üzün yarısı, növbəti 20 saniyə ikinci yarısı, 10 saniyə alın, 10 saniyə burun və çənə masaj olunur. Sxemi istədiyiniz kimi dəyişdirə bilərsiniz. 1 dəqiqə keçdikdə fırça dayanacaq. Əgər bu vaxt kifayət etmirsə, yenə bir dəqiqəlik işə salın. Digər gözəl bir bonus: cihaz üzün digər nahiyələrinə keçmə vaxtı gəldiktə vibrasiya edir. Ümumiyyətlə, hər şey düşünülüb və çox rahatdır. Yuyulduqdan sonra dəri yumşaq, toxunduqda çox zərifdir. Üz mükəmməl təmizlənib. Demək istəyirəm ki, indi mən bu möcüzə fırçasız baxımımı heç düşünmürəm! Onsuz əvvəl necə yaşamışam heç bilmirəm!
- Diordan həssas gözlər üçün İkifazalı makiyaj silmə mayesi. Vasitə iki qatdan - su və yağdan ibarətdir, buna görə onu istifadədən əvvəl qarışdırmaq lazımdır. Yeri gəlmişkən, yağ təbəqəsi məni qətiyyən narahat etmir, çünki bu vasitəni yuyulma zamanı istifadə edərkən dəri üzərində heç bir yağ hiss etmirəm. Ön yuma olmadan yalnız makiyajı bu vasitə ilə təmizləyə bilərsiniz, kosmetikadan heç bir iz qalmır. Eyni zamanda, silmək üçün çox səy göstərməyə və əlavə güc sərf etməyə gərək yoxdur. Bu vasitəni çox sevirəm!
- Clinique 7 Day üz üçün skrab. Vasitə hər cür dəriyə uyğundur, hamar, yumru qranulalardan ibarətdir. Onun su əsaslı krem formulası dəriyə yarışəffaf, təmiz və parlaq görünməyə kömək edir. Skrab əla stimullaşdırır, dəriyə hamar bir ton verir, dəri yağının ifrazatını idarə etməyə kömək edir, məsamələri təmizləyir və dəriyə işığı əks etmə effekti verir. Dərinin növündən asılı olaraq həftədə 1-7 dəfə istifadə olunur. Mənim dərim qarışıqdır və mən onu günaşırı, bəzən isə gündəlik istifadə edirəm.
Əsaslı təmizləndikdən sonra, dərimiz yaxşı nəmləndirməyə ehtiyac duyur. Fotoda mənim bir neçə sevdiyim maskalar təqdim olunur, lakin onlar haqqında mən növbəti postlarımda danışacağam.