NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Rosiebeautyblog: Ən sevimli TOP-10 məhsul

Həqiqi beautybaz üçün kosmetika heç vaxt çox olmur. Bütün mənim tanışlarım bilirlər ki, mənim çoxlu sayda kosmetik vasitələrim var. Mən onları qızlarımla test etməyi, sınamağı və rəyləri paylaşmağı sevirəm. Sizə qəlbimdə yer tutmuş top-10 məhsullarım haqqında danışmaq istəyirəm.

screen_shot_2017-09-28_at_12.11.11_pm

1. Chanel Vitalumiere Aqua - ən sevdiyim tonal kremlərdən biridir! Çox yüngül teksturası var, dərini qurutmur, qırışları göstərmir, üzdə maska effekti olmur, SPF 15. Güclü qızartıları postakne belə örtmür (mən qrim tərəfdarı deyiləm və hesab edirəm ki, dərinin üstünü örtmək yox, nahamarlıqdan müalicə etmək lazımdır), üzün tonunu düzləşdirir və gözəl, sağlam bir parıltı verir. Quru dərili qızlar üçün idealdır. Çünki, tərkibində çoxlu su mövcuddur, bu da dərini nəmləndirməyə kömək edir. Bir sözlə, tam mənim sevdiyim kimi!

2. Too Faced-Born This Way - onu axşam tədbirlərinə, gəzməklərə istifadə etməyi üstünlük verirəm, çünki bütün nöqsanların üstünü mükəmməl şəkildə örtür. Tekstura Chanel'dən daha qalındır, lakin vasitə asanlıqla yayılır və ehtiyac olduqda daha qalın qat əmələ gətirərək lay-lay yığılır. Vasitənin tərkibində paraben və heyvani məhsullar yoxdur. Məhsulun formulasında kokos suyu və hialuron turşusu var. Bunun sayəsində də, bu vasitə nəinki dərinin üstünü örtür, həm də onu qoruyur.

3. Yves Saint Laurent'dən Cushion - dəbdəbəli dizayn + funksionallıq! Laklanmış qara futlyar plastikdən qızılı oymalı və çantada açılmayan etibarlı qapaq. Bir də çox rahat süngər və böyük güzgü sevindirməyə bilməz. Təəccüblü olsa da, lakin cushion'un örtüyü həqiqətən parlayır, amma özlüyündə mat olur. Buna görə də dərinin çox təbii görünüşü var. Cushion'dan əvvəl nəmləndirici krem sürürəm və vasitə 7-8 saat ərzində mükəmməl şəkildə qalır. Sadəcə, yağlı dəridə yağlı parlaqlıq verə bilər - bu halda onu matlaşdırmaq lazımdır.

4. Tom Ford Burnished Copper'dən göz qapağı üçün kremli ten - boğuq bürünc rəngindədir. Çox qalıcı tenlərdir! Özünə uyğun bazanın istifadəsi tələb olunmur, göz qapağından axmır. Nəticə mükəmməldir. Çox zərif, krem teksturası var, işləmək çox asan və xoşdur: yayılması, laylandırılması...

5. Tarte Shape Tape Konsileri - Tarte markası məni həmişə özlərini organik kosmetika istehsalçısı kimi təqdim etmələri ilə cəlb edib, həm də onların lazımi dərəcədə şən qablaşdırılması xoşuma gəlir. Tarte markasının heç bir məhsulunun tərkibində paraben, mineral yağlar və sintetik ətir yoxdur. Bu konsiler markanın bestsellerindən sayılır. Xətdə cəmi 14 çalar var (www.tartecosmetics.com saytında çalarların konkret və rahat təsviri qeyd olunur.)

Konsilerin teksturası çox qalındır (medium to full), buna görə də, gözlərin altındakı dərini yaxşıca nəmləndirməyi məsləhət görürəm. Vasitə göz altından axmır, göyərtiləri, qızartıları və yüngül səpkiləri mükəmməl şəkildə örtür. Şübhəsiz bundan yenə alacam!

rosie_1_1

6. “Huda Beauty” highlight (haylayter) 3D-Paleti - Huda yaxın Şərqin ən populyar bloggeridir. O, YouТube'də öz kanalını yayımlayır, bir neçə böyük kosmetik şirkətlərlə əməkdaşlıq edir və özünün şəxsi, həqiqətən tərifə layiq kosmetika şirkətinin yaradıcısıdır! Palet 2 çalarda - Pink Sands (açıq və azca günəşlənmiş dəri üçün) və Golden Sands (əsmər və tünd dəri üçün) təqdim olunub. Hər paletə 3 quru sədəf rəngli və bir krem rəngli haylayter daxildir. Hər bir çalar dəridə strobing effektini yaradaraq qüsursuz görünür. Çox gözəl paletdir, bütün yayı ondan istifadə etmişəm!

7. Gucci N50 Spicy Petal ənliyi - Dubaydakı Gucci kornerində ilk satın aldığım şeydir. Dərhal aşiq oldum! Şaftalı-çəhrayı rəngində, bezdirməyən yüngül işartılı əla ənlik.

8. Bobbi Browndan kontur-stick - üzdə kontur xətti çəkmək üçün mən maye və krem teksturalı vasitələrdən istifadə etməyi sevirəm. Bu kremli stick istifadə üçün çox rahatdır: ləkə qoymur, asan sürülür, sarımtıl olmur. Onu alnıma, almacıq sümüyümə və bəzən burnumun üzərinə çəkirəm.

9. Dior-Lip Tattoo dodaq üçün yeni tint seriyası öz qalıcılığı və çalarların zənginliyi ilə valeh edir. Mən Natural Berry 771 çalarını istifadə edirəm. Payız üçün əla rəng, dodaqda hiss olunmur, axmır. Mat teksturalıdır. Və bütün yay ərzində istifadə etdiyim Tom Ford - Wild Ginger pomadası. Bu pomada keyfiyyətinə görə, yəqin ki, mənim kosmetika çantamda ən yaxşısıdır. Krem teksturalı və qatıdır, əla qalıcıdır, dodaqların səthini mükəmməl bir şəkildə örtür, qurutmur. Möhtəşəm, mərcan-qırmızı rəngindədir. Favorit!

10. Nyud, nyud və bir daha nyud - hər zaman aktual olan və demək olar ki, hər bir şeyə uyğundur. Mənim yəqin ki, nyud çalarlarında 50 ədəd pomadam və dodaq qələmim var. Lakin Gucci pomadası və BECCA tinti mənim qəlbimi fəth ediblər! Gucci-Deep Matte Spring Rose - mat pomadadır, lakin məxməridir, qətiyyən qurutmur, əksinə nəmləndirir. Qalıcılığı mükəmməldir. Həmişə bu pomada haqqında bir çox kompliment və sual alıram. Becca tinti məndə Fig çalarındadır. Dodaq üçün suya dayanıqlı piqment dərhal əmilir və dodaqlarda çox təbii görünür. Dünyada bir çox aparıcı vizajistlərin favoritidir! 

rosie2_1

Sevgi ilə, Rosiebeautyblog