NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Rosiebeautyblog: Sevimli maskalar

Hazır maskalar qadınlar üçün əsl qurtuluşdur! Bütün inqrediyentləri evdə qarışdırmağa ehtiyac yoxdur: dəriyə lazım olan hər bir şeyi istehsalçı qayğı ilə qarışdırıb və rahat qablaşdırmaya yerləşdirib. Hazırda satışda müxtəlif maskaların böyük seçimi var, lakin mən onların arasında ən sevdiyim və ən effektiv olanları seçmişəm və seçimimi sizinlə paylaşmaq istəyirəm.

screen_shot_2017-10-19_at_1.25.24_pm

Caudalie Masque Instant Detox - bir çox bloggerlər tərəfindən zərifcəsinə sevilən və üz üçün mənim sevdiyim TOP-5-ə daxil olan, ani təsir göstərən detoks-maskasıdır. İstehsalçının düşüncəsinə görə bu maska şəhər sakinlərinin yorulmuş dərisini toksinlərdən və toplanmış kirlərdən təmizləyərək "həyata qaytarmaq" üçün nəzərdə tutulub. Məhsul 99.3% təbii komponentlərdən ibarətdir. Maskanın aktiv, təsiredici komponentləri üzüm, çəhrayı gil və kofe, həmçinin papaya enzimi və 8 efir yağlarıdır. Təsir bağışlayan bir kokteyl! Bu maskanı hamarlaşdırıcı və matlaşdırıcı effektinə görə çox sevirəm. Əlbəttə, bu maska 2 həftə qalmır, amma vasitə müntəzəm olaraq istifadə olunarsa, açıq-aydın nəticələr əldə etmək mümkündür. Maskanın isidici və ya sərinləşdirici effekti yoxdur, həm də qıcıqlandırma və ya sancma da vermir. Bu maskaya qarşı mənim dərim sakit və təmkinli reaksiya verir, lakin çox həssas və ya allergiyaya meylli dərisi olan insanlar diqqətli olmalıdır, çünki maskanın tərkibində çox sayda aktiv inqrediyentlər mövcuddur. Bu maska mənə detosk-effektin nə olduğunu anlamağa kömək etdi!

screen_shot_2017-10-19_at_1.25.38_pm

GlamGlow Youthmud Exfoliate Treatment - əvvəlcədən deyim ki, bu maskaya dəhşətli dərəcədə heyranam, lakin ona qarşı olan coşqun sevgi etiraflarından özümü cilovlayaraq onun barəsində daha obyektiv rəy yazmağa çalışacam. Maska gil əsaslıdır və təmizləyici xüsusiyyətlərdən savayı bir çox üstünlükləri var. O, dərinin qabığını soyur və cilalayır, səthini hamarlaşdırır, kollagen sintezini stimullaşdırır və məsamələri daraldır. Nəticədə dəri təmiz, incə və parlaq olur. İstehsalçı effektin 3 gün davam edəcəyini vəd edir. Mən həftədə 1 dəfə istifadə edirəm və bu mənə kifayət edir. Onu üzdən əlavə pilinq vasitə kimi diqqətlə, dairəvi hərəkətlərlə yumaq lazımdır. Amma həssas dəriyə sahib olanlar nəzərə almalıdır ki, maskanın tərkibində olan skrab ​​hissəcikləri iri və kobuddur, maskanı sürtmə olmadan yumaq lazım olacaq, çünki cild onsuz da maskadan az da olsa şokdadır (ilk başda o aqressiv görünə bilər, çünki tətbiqdən 5 dəqiqə sonra maska dərini dartmağa və bir az yandırmağa başlayır). Onu yenə və yenə alacam! Sevimlim!

GlamGlow DreamDuo - bütün dəri növləri üçün uyğundur və quruluq, cildin solğun rəngi və hətta qırışlarla mübarizə aparır. Banka 2 hissəyə bölünüb: dreamserum & dreamseal. Onları ardıcıl sürmək lazımdır. Dreamserum maskasının tərkibində yaşıl qəhvə və yaşıl çayın yarpaqları var. Antioksidantlar və vitaminlərdən ibarət bu qarışıq parlaq, təravətli üz rənginə malik olmağa kömək edir. Dreamseаl - hialuron turşusu və yosundan ibarət qarışıq dərini nəmləndirməyə, sıxlaşdırmağa və bərpa etməyə nəzərdə tutulub. Mən maskanı yatmazdan əvvəl, üzümü yuduqdan və toniklə sildikdən sonra istifadə edirəm!

screen_shot_2017-10-19_at_1.25.57_pm

Peter Thomas Roth Mask. Mənim yaşıl Cucumber Gel Mask maskası çox xoşuma gəldi - xiyar, papaya, çobanyastığı, ananas, ağcaqayın siropu, qamış şəkəri, portağal və aloedən alınmış sakitləşdirici-nəmləndirici maska. Dərinin ümumi nəmləndirilməsi, günəşdən, pilinqdən, epilyasiyadan sonra sakitləşdirilməsi üçün tövsiyə olunur. Həmçinin şişkinliyi azaltmaq üçün gözaltı nahiyələrə sürmək olar. Əgər nəmləndirici maska axtarırsınızsa və bu markanı əldə etmək imkanınız varsa o zaman ona diqqət etməyə dəyər. Pumpkin Enzyme Mask - daha parlaq və hamar dəri üçün balqabaq enzimli və AHA turşulu dərinin qabığını soyan maskadır. Əla təsir göstərir: dərinin qabığını soyur və cildin rəngini düzləşdirir, parlaq edir. Maskanın effekti uzun müddət davam edir.

screen_shot_2017-10-19_at_1.26.56_pm

Starskin parça maskaları - yüksək keyfiyyətli bio-sellüloz maskaları sürətlə dərini yaxşılaşdırır. Əla tərkibi var: çia toxumu, kokos yağı, avokado yağı, kollagen, probiotiklər, bal və s. Üz, dodaq nəmləndirici, bərpa edici, parlaqlıq veriən maskalar mövcuddur - seçim çox böyükdür!

SK II nəmləndirici maska - nəmləndirici, gəncləşdirici və bərpaedici effektə malik bir məhsuldur. Maskanın digər bir xüsusiyyəti də dəri piyinin hasilatına nəzarət edir. Qarışıq dəriyə sahib xanımlar üçün uyğundur. Maska nəinki mükəmməl nəmləndirir, həm də dərini qidalandırır. Unikal vitamin tərkibli pambıqdan hazırlanıb. Vasitənin tərkibindəki çox sayda antioksidantlar onun gəncləşdirici təsirini təsdiq edir. Bu vasitədən uçuş zamanı, günəş altında uzun müddət qaldığımda, vacib tədbirlərdə iştirak etdiyimdə istifadə edirəm.

8e2c4579

 From Rosiebeautyblog with love!