NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Nargis-dən playlist: new-age çalarları

Breakbot - Baby I'm Yours feat. Irfane

Bu elektron musiqisi barəsində Tibaut Jan-Mari Mişel Berlandanı, ya da alışdığımız kimi Breakbotu xatırlamadan danışmaq mümkün deyil. O, parlaq videoları və keyfiyyətli musiqini sevir, dinləyici məhz buna görə onu sevir. «Baby i'm yours» - mahnısını mütləq haradasa eşitmisiniz, ya da bəlkə çoxdandır onu axtarırsınız. Yəni Breakbot-un dediyi kimi «listen baby».

JUSTICE - FIRE

Fransadan olan bu uşaqlar elektrohitləri necə etməyi dəqiq bilirlər. 80-ci illərin atmosferi, harmonik videosıra və gözəl Suzan Sarandon kadrda. Justice bu mahnıyla mütləq sizdə sevgi alovunu yandıra biləcək.

Magicool - MARFA

Bu qrupu həqiqətən müasir Rus musiqisinin sehrbazları adlandırmaq olar. Qrupun ən parlaq treklərindən biri «О, Marfa» tərzli və son dərəcə uğurlu aramlı rəqs tərzləri sərhəddində tarazlaşır. Yaddaqalan motivi, yüngül və anlaşılan mətni, ən əsası isə hər bir playlistdə olması gərəkən - keyfiyyəti.

Moloko - Sing It Back

Şeffilddən olan qrup «Moloko» kimi tanıdığı bir adla (bəli-bəli, «Avtomatik portağal» romanına istinad) və onların «Sing it back» hiti. Bu mahnı uzaq 1999-cu illərdə populyarlıq qazanıb, amma hələ də sizin musiqiləriniz sırasına daxil olmağa layiqdir. Dinləyirik və «sing it back to me» sözlərini züm-zümə edirik.

Cream Soda - Headshot

Cream Soda dueti artıq bir neçə ildir ki fəaliyyət göstərir və onları tanımağa dəyər. Onlar İvan Dornun qanadları altında yaradırlar, bu, görünür, onlara fayda verir. "Headshot" onların birbaşa musiqi atəşidir.