NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

"On üç": NARGIS-in 7 illiyi

Nargis jurnalının ən yaxşı foto və videoları dekabrın 13-də Bakıda təqdim edildi

Nargis Nəşriyyat evi fəaliyyət göstərdiyi yeddi il ərzində ən yaxşı arxiv və Nargis jurnalı üçün eksklüziv olaraq çəkilmiş fotolardan ibarət “On üç” adlı genişmiqyaslı sərgi təşkil etdi. Ekspozisiya yalnız bir gün, dekabrın 13-də nümayiş olundu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Bəzi inanclara görə 13 rəqəminin nəhs sayılmasına baxmayaraq Nargis üçün bu uğurlu rəqəmdir. Yeddi il ərzində nəşrimiz dəb və mədəniyyət dünyasına bələdçilik edib, bu illər ərzində çox sayda studiya və reportaj üslubunda unikal çəkilişlər həyata keçirib. Çəkilişlər üzərində dünya şöhrətli fotoqraflar çalışıb, kadrda isə Azərbaycanın birinci xanımından tutmuş tanınmış rəssamlara və dünya miqyaslı modellərə qədər ən məşhur şəxsiyyətlər yer alıb. Bu fotoların bəziləri layiqli olaraq dövrümüzün simvolu hesab edilə bilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Yeddi il ərzində dünyaya Gladis Perint Palmer, Nicat Burçiyev, Sitarə İbrahimbəyli, Orxan Aslanov, Pərviz Qasımzadə, Maksim Qaqarin, Frederik Aranda, Boqdan Boqdanov, Cengiz Dikbaş, Randall Sul kimi məşhur fotoqrafların və rəssamların gözü ilə baxdıq. Həmin fotoqrafların xüsusi olaraq Nargis jurnalı üçün yaratdıqları işləri ilk dəfə bu ilin aprel ayında İstanbulun mədəniyyət mərkəzi olan qədim Esma Sultan Sarayının pavilyonunda sərgiləndi. İstanbul sərgisinin uğurunu təkrar etmək arzusu ilə Nargis Nəşriyyat evi «On üç» ekspozisiyasını Bakıdakı baş ofisində təşkil etdi. Sərgiyə çox sayda foto və illüstrasiya arxivindən diqqətlə seçilmiş 44 əsər, həmçinin Nargis nəşriyyat evinin sponsorluq və xeyriyyə layihələrini əks etdirən videolar daxildir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Tədbir baş sponsor Hayat Palace yaşayış kompleksinin, eləcə də Lumеgrand Interiors və Mehin Events-in dəstəyi ilə keçirildi. Qonaqlar arasında xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, incəsənət və mədəniyyət xadimləri, Nargis-in tərəfdaşları və dostları yer almışdı. DJ və skripka gecəni müşayiət etmişdi, sonda isə Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova bayram tortunu təntənəli şəkildə kəsdi.