NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Monochrome: Uolles Steqnerİn sİmfonİyası

1

Həyat ahəng moderato tempində yanımızdan ötüb keçir. Tezliklə onu qaçılmaz itkinin hüznlü notlarıyla boyanmış lirik adajio final kodasına çatdırana qədər taleyin qəddar zərbələrinin aritmik perkussiyası əvəz edəcək… Hər şey doğrudur. "Məndə qalacaq" romanını oxumaq - üç hissəli simfoniyaya qulaq asmaq deməkdir.

Uolles Steqnerin ədəbiyyat mükafatları siyahısında Pulitser mükafatı da mövcuddur. 1972-ci ildə «Hüzur guşəsi» romanı onun tərəfindən qeyd olunub. "Məndə qalacaq" - yazıçının sonuncu on üçüncü kitabıdır və həyatla hələ vidalaşmayan, amma onun faniliyini dərk etmə və qəbul etmə nəticələrinin yekunlaşdırma mövzusu burada olduqca təsiredici səslənir.

11

Larri Morqan - altıncı onilliyi aşıran yazıçı və onun həyat yoldaşı Salli kiçik mənzərəli Battel-Pond şəhərciyinə, bir vaxtlar xoşbəxt olduqları dostlarının evinə geri qayıdırlar. Bu rəvayətin yumağı açılır və tezliklə məlum olur ki, bu cütlüyün simmetriyası təkcə onların adlarının həmahəngliyində göstərilmir. Nə Madison Universitetində işlədikləri Böyük Depressiyaya təsadüf edən illər, nə müəllimin dilənçi maaşına dolanışıq, nə nizamlı günləri sarsıdan sonrakı dramatik sınaqlar bu ittifaqa dissonans gətirə bilmədi. Morqanlar idealın, bəlkə də xrestomatik nikahın təcəssümüdürlər. Burada Ər - vaxtını tamamilə yaradıcılıq və karyeraya sərf edir, Arvad - yuvanın mülayim qoruyucusudur, Lanq cütlüyü ilə dostluq isə onlar üçün haradasa Allahın bir lütfüdür.

“Biz, qərb torpaqlarının yetimləri, Madisona çətinliklə gəlib çıxdıq və Lanqlar bizi öz çoxsaylı, zəngin, nüfuzlu, etibarlı qəbilələrinə qəbul etdilər. Bir cüt asteroid kimi biz təsadüfən onların nizamlı nyuton kainatlarına daxil olduq və onlar öz cazibə qüvvəsi ilə bizi çəkdilər, bizi orbitada onların ətrafında dönən aya çevirdilər”.

Ailələr filologiya kafedrasına sadəcə ümumi xidmət fonunda və uşaq gözlədikləri zaman yaxınlaşmırlar. Erkən vaxtda valideynlərsiz və yaşamaq üçün vasitəsiz qalan Morqanlar, günəş altında özərinə yer etmək üçün öz yollarını daşyonanların əzmkarlığı ilə salırlar. Bu vaxt Sid və Çariti Lanq isə daha üstün mövqedə idilər.

Şəhər kənarına birgə səfərləri zamanı yoluxduğu infeksiya Sallinin iflic olmasına səbəb olur və Çariti sanki, ingilis dilindən tərcümədə adının mənasının "xeyriyyə" olduğuna sadiq qalaraq himayəçi rolunu öz üzərinə götürür…

Bununla da Steqner simfoniyasının birinci hissəsi başa çatır və bu günə qədər pastoral kimi görünən rəvayət böyük gərginliyə sahib olur. "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, lakin uzaqdan" - müəllif qeyri-ixtiyari olaraq Tolstoyun məşhur aksiomasına etiraz edir. O, «Lanqların xoşbəxt ailəsi" adlı rəsm əsərinin seyrinə dalmış oxucuya nəyi nümayiş etdirir? Harmoniya və abadlıq. İkincisi Sidin böyük həcmli mirası sayəsində mümkün oldusa da, harmoniya yaxından nəzər yetirildikdə onun, demək olar ki, surroqatı - Çaritinin böyük səyinin nəticəsi olur…

Lanqların ailəsində parlaq ehtiraslara yer yoxdur, amma aydın drama da yoxdur. Onların nikahlarının qayığı məhrumiyyət və iztirabın sərt çıxıntıları ilə qarşılaşmayıb, sadəcə arabir səndələyib (Sid Lanq Madison Universitetində heç cürə öz mövqeyini qoruyub saxlaya bilməyəcək). Bu həyat Çaritinin bloknotundakı müntəzəm qeydlərinə əsasən inkişaf edir. Gündən günə, ildən ilə … Onun ixtiyarına təkcə yoldaşının gündəlik nizamı deyil, həmçinin istəkləri də tabedir. Praqmatik Çaritiyə şıltaqlıq kimi görünən Sidin özünü poeziyaya həsr etmək arzusu yerinə yetirilməmiş olaraq qalacaq.

2 Uolles Steqner 1909 - 1993

Larri, həddindən artıq nəzərə çarpdırmadan (hekayədə nəql edən şəxs barədə, elə təəssürat yaranır ki, guya o, yazıçının alter eqosudur) özünü Sidin xaraktersizliyini və Çaritinin inadcıllığını arabir lağa qoymaq zövqündən məhrum etmir. Morqanların dostlarının yanına, Battel-Ponda ziyarətlərinin səbəbi məhz Sallinin ölümcül xəstəliyidir … Buna baxmayaraq vida rekviyemə çevrilmir, əksinə geriyə baxmaq, itkinin qaçılmaz olduğu anlayışı ilə yaşanmış illərə nəzər salmaq və özündə sadəcə ən yaxşı hissləri saxlamaq üçün bir səbəb olur … Elə bu cür ürəkdən gələn rondo ilə bu sevgi, dostluq və həyatın müdrik düşüncə tarixçəsi bağlanır.