NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

MONOCHROME: NYU-YORKUN İÇ ÜZÜ

1

Müasir fotoqraflar sənətlərinin müəyyən fototexnikaya sahib olan hər kəs üçün əl çatan olmasından tez-tez şikayətlənirlər. Lakin, çoxu düşünmür ki, uğurlu foto hər şeydən əvvəl fotoqrafın simasıdır, fotoqrafın siması isə - onun seçdiyi rakursdur... Uilyam Klaynın rakursları reallığın yöndəmsiz görüntüsündən qaçınmır. Fotoqraf həyatın acı həqiqətlərinə daha çox yaxınlaşır və onun fotogenik olmamasından çəkinmir.

1_17

Onun ilk "Nyu-York. 1955" debüt fotoalbomu doğma şəhərinə olan sevgisinin etirafı deyildi. Əksinə. Bu kitabda toplanmış monoxrom kadrlar amerikan nəşriyyat evlərinin şiddətli qəzəbinə səbəb olmuşdu. Müəllifin fikrinə görə, populyar mədəniyyətdə daim tərənnüm edilən Nyu-York, kiçik adamlara nadir hallarda mərhəmət göstərib. Fotoqraf da öz növbəsində - həsrəti çəkilən American Dream idealından uzaq olan meqapolisin iç üzünü göstərməyə çalışır. Nəticə olaraq albom Parisdə nəşr olunur. Fotoqrafın vətənində isə yarım əsr keçməsinə baxmayaraq hələ də qadağan edilməkdədir.

2_18

Rasfokus və yığcamlıq? Sual deyil! Kompozisiyanın bulanıqlığı və kadrın detallarla yüklənməsi? Niyə də yox! Klayn, professional fotoqrafiyanın klassik standartlarına hörmətlə yanaşmır, əksinə onları yarızarafatla və oynayaraq pozur... Prinsipə çevrilmiş laqeydlik. Nöqsan, fərqlənmə işarəsi olaraq.

3_11

Uilyam Klayn, işıqlandırma sənətinin incəliklərinə yiyələnməyə amerikan “Vogue”da işələyərək başlayıb. Şəklin keyfiyyətinə hər zaman yüksək tələblərin olduğu bir nəşriyyatda. Xüsusən də, təəccüblüdür ki, uzun illər müəllif işi və kommersiya fotoqrafiyası arasında manevr edərək o, eyni zamanda eksperimentator-kinematoqrafçı fəaliyyətini də davam etdirməyi bacarmşdır... 

4_9

Adı çəkilən albomun ən parlaq və ən güclü işlərindən biri qəzəbli oğlanın  oyuncaq tapança ilə obyektivi nişan aldığı fotosudur. Klayn, onu özünün avtoportreti hesab etdiyini dəfələrlə etiraf edib. Bir-birinə bənzəməyən iki yeniyetmə onun xasiyyətinin iki tərəfini - üsyankar və xəyalpərəstliyini tərənnüm edir.

5_8

Hər bir əhəmiyyətli əsərə münasib olaraq bu kadr, bir çox interpretasiyalara yol açır. Kimi bunda  uşaq vaxtı oynadığı “müharibə” oyununun təzahürünü görür, kimi isə hər kəsin təbiətində gizli qalan, gözlənilməz anda üzə çıxmağa hazır olan aqressiya kimi dəyərləndirir. Elələri də olacaq ki, bu şəkli xarakterlərin qarşıdurması nümunəsi olaraq qəbul edəcək.... Bir sözlə, bu fotoşəkil ən ziddiyyətli hissləri üzə çıxarır. Uilyam Klaynın "Nyu-York.1955" albomunda təqdim olunmuş digər işlər kimi.