18-22 yanvar tarixlərində, Parisdə dizayn və interyer sahəsində ən böyük – Maison & Objet sərgisi keçirilir. Qış sessiyası Excuse my French! (“Fransızcama görə üzr istəyirəm!") əyləncəli şüarı altında keçirilir, diqqət mərkəzində – irsi fransız stil hissidir. İlin dizayneri isə Sebastian Herkner oldu. Almaniya köklü Sebastian Stella MkKartninin yanında staj keçib və 2006-cı ildə öz studiyasını açıb, 2010-cu ildə isə şüşədən bürünc jurnal masası kolleksiyasına görə ən nüfuzlu Red Dot mükafatına layiq görülüb. On il ərzində 30-dan çox mükafat və hər il onlarla kollaborasiya - olduqca böyük xidmət siyahısına sahibdir!
STUDIO SEBASTIAN HERKNER
Maison&Objet sərgisində bu qış ekoloji təmiz materiallar və maraqlı teksturlar sərgilənir. Bu il qara vanna otağı və parlaq mətbəxlər, qeyri-adi rənglər qammasında rahat skandinaviya hüggesi və zümrüdü ar-deko dəbdədir. Həmçinin bu mövsüm asiya interyerinə istiqamət xüsusi yer tutur: qeyri-adi yuvarlaq formalı çıraqlar, "dzen" üslubunda divanlar və doğan günəş ölkələrində çox sevilən incə rənglər... Özünüz baxın!

CÉCILE CHAREYRON

ZAHA HADID DESIGN

FINALI FURNITURE

GLAMMFIRE THALES

IBRIDE HORACE

KARPA ORION

LFR CONCEPTION

L'OBJET

LRNCE

MARIE-ANNE THIEFFRY

MATHILDE PENICAUD

MOOGOO

NOFRED

OCHRE

PALOMAR

RONEL JORDAAN TEXTILE

SAVOIR-FAIRE DES TAKUMI

UMASQU

VAU

VYKI DESIGN

VITO NESTA


