Nargis jurnalının "Lüks" bölümünün redaktoru Nigar Qəhrəmanova Piazza del Duomo üzərindəki göyərçinlərə yem vermək və Milanın qədim ticarət mərkəzlərini, məşhur pizzeriyalarını görmək üçün hər gün 15 kilometr yürüyərək bir neçə gününü dünyanın moda paytaxtlarından birində keçirdi. Travel blog Love, Nargis'in yeni buraxılışında via Montenapoleone "Moda kvartalını" göstərəcəyik, 10 Corso Como kult konsept-stopa baş çəkəcəyik və şəhəri yüksəklikdən seyr edərək özümüzü Qulliver kimi hiss edəcəyik.
PASHA Bank Miles & Smiles kartı ilə biletin və ləzzətli pizzanın pulunu ödəyərək, Nigar dünyanın 308 nöqtəsinə aviabilet əldə etmək üçün millər qazandı. Səyahət zamanı ortaya çıxan bütün məsələlərə peşəkar PASHA Holidays komandası – dünyanın ən cəlbedici yerlərinə geniş çeşidli turlar təşkil edən PASHA Travel-in şöbəsi operativ şəkildə kömək edirdi. Səyyahın selfilərini və xüsusi dəvətnamə ilə əldə edilə bilən Armaninin qapalı şam yeməyindən eksklüziv fotoları Azercell-in rouminqi sayəsində dərhal sosial şəbəkələrdə paylaşmaq mümkün oldu.
Nargis ilə birlikdə izləyin və səyahət edin!
Love,