NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Əlifba. A Cultural alphabet: NARGİS və TAİB-İN BİRGƏ LAYİHƏSİ

Azərbaycanın qabaqcıl nəşrlərindən biri – Nargis jurnalı, Türkiyədəki Azərbaycanlı İş adamları Birliyi (TAİB) ilə birgə, Azərbaycanın zəngin mədəniyyətini milli dil prizmasından tanıdan illüstrasiyalı "Əlifba. A Cultural Alphabet" adlı kitabının təqdimatını İstanbulda, Çırağan Palace Kempinski-də keçirdi.

Azərbaycanda ədəbi realizmin banisi və görkəmli dramaturq Mirzə Fətəli Axundzadə 1864-cü ildə ərəb əlifbasından imtina edib, latın qrafikalı yeni Azərbaycan əlifbasını yaratmağı təklif etmişdi. O, bu fikrə dəstək axtararaq İstanbula gəlmiş və yeni əlifbanın təməlini qoymuşdu. Həmin vaxtdan düz 155 il sonra dərc edilmiş Azərbaycan dilinin ilk illüstrasiyalı "Əlifba. A Cultural Alphabet" kitabının təqdimatı da əlifbamızın doğulduğu yerdə – İstanbulda keçirildi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova və TAİB sədri Mehdi Nağıyevin ev sahibliyi ilə keçirilən qala gecəsinə Azərbaycan və Türkiyənin dövlət xadimləri, biznes və mədəniyyət nümayəndələri və görkəmli şəxsiyyətlər böyük maraq göstərdilər. Gələnlər arasında Məsim Hacıyev, Xəzər İbrahim, Demet Sabancı Çetindoğan, Emin Hitay, Işıl Reçber, Fatih Ürek, Aclan-Selda Acar, Dilek Ertek, Gökçe Atuk, Erdal-Belkıs Aksoy, Sevgi Aksoy, Raşit Bağzıbağlı, Ezra və Tuba Çetin, Özlem Kaymaz, Tara Devries, Ayşegül-Hakan Kodal, Arzu Kaprol, Salih və Efe Bezci, Tuncay Aşcı, Serap Tibuk, Arzu Kunt, Nergis Kumbasar, Emine Ersan, Murat Ektiren, Gökhan Ayaydın, Tuğçe Eyilik və Tülin Kartoz var idilər.

Dünya caz sənətini zənginləşdirmiş Azərbaycan cazın müşayiəti altında, milli mətbəximizə qonaq olan dəvətlilər Azərbaycanın nəfis yeməklərini böyük zövqlə qarşıladılar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Azərbaycanın tanınmış diktoru Nərgiz Cəlilova və dəyərli aktyor Yetkin Dikincilerin aparıcılıq etdikləri gecədə 2009 Montreux Caz Festivalının pianoçular arasında keçirdiyi müsabiqənin qalibi, “Zirvə-2010” dövlət mükafatını qazanmış Azərbaycanın əməkdar artisti İsfar Sarabski, Elnur Hüseynov və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə ifa etdikləri Azərbaycan xalq mahnıları və caz kompozisiyaları ilə qonaqların rəğbətini qazandılar.

"Əlifba. A Cultural Alphabet" adlı kitabın təqdimatıni Azərbaycan əlifbasının təməli qoyulmuş İstanbulda keçirməkdən böyük qürur və məmnunluq duyduğunu bildirən Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova bu kolleksiya kitabı haqqında bunları dedi: “Əlifba. A Cultural Alphabet" – Azərbaycanın otuz iki mədəniyyət nümunəsi üzrə bir soraq kitabçasıdır. Buraya Azərbaycan əlifbasının hər hərfi üçün bir anlayış və ya təzahür olmaqla, ən mühüm memarlıq abidələri, sənət əsərləri, tarixi ənənələr, folklor personajları daxildir. Otuz iki sözdən hər biri yığcam məlumatla, dörd dildə – azərbaycan, türk, ingilis və rus, – müşayiət olunur. Yazılan mətnlər ilk baxışda sadə görünsə də, hər bir məlumatın arxasında, ədəbiyyat və sənətşünaslıq sahəsi ekspertlərinin ciddi tədqiqat işləri durur”.

Azərbaycan mədəniyyətini qoruyacaq və gələcək nəsillərə ötürəcək nadir bir əsərin ortaya çıxmasında yardımçı olmaqdan qürur duyduqlarını bildirən TAİB heyətinin sədri Mehdi Nağıyev də, Türkiyədə yeni qurulan Türkiyədəki Azərbaycanlı İş adamları Birliyi adından, Azərbaycan ilə Türkiyə arasındakı bölünməz dostluq körpüsünün bir parçası olaraq bu xüsusi gecəni həyata keçirdiklərinə görə məmnun olduqlarını bildirdi: “Azərbaycan əlifbasına layiq olduğu dəyərin verilməsində və bu nadir əsərin gələcək nəsillərimizə ötürülməsində böyük əməyi olan Nargis jurnalının dəyərli rəhbərliyinə, redaksiya heyətinə və əməkdaşlarına həm öz, həm də birliyimiz adından təşəkkür edirəm. Azərbaycanımızın ən qabaqcıl nəşrlərindən olan Nargis jurnalının dəyəri, onun fəlsəfəsindədir. Bu fəlsəfənin beyni və qəlbi isə, əlbəttə ki, Nərgiz Paşayeva ilə bağlıdır. Biz qürur duyuruq ki, vətənimizdə Şərq və Qərbin fərqli mədəniyyətlərinin uğurla bir araya gəldiyi, beynəlxalq səviyyədə tanınan yaradıcı bir jurnal dərc edilir”.

Bu kitabın yaradılmasına aid ideya Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudovaya məxsusdur. Əl işi olan milli koloritli illüstrasiyaları İsrail rəssamı Şira Barzilay xüsusi olaraq Nargis-in sifarişi ilə hazırlamışdır.

Foto: Pərviz Qasımzadə

Video: Ruslan Qorbunov