NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

LADY GAGA VOGUE JURNALIN ÜZ QAPAĞINDA

Amerikan Vogue jurnalı "A Star Is Born" filminin çəkilişləri ilə məşğul olan Lady Gaga ilə oktyabr sayının üz qapağını təqdim etdi. Əvvəlcə filmin titrlarında onun əsl adı Stephanie Germanotta yazılacağı ehtimalı var idi. Amma marketinq çətin bir işdir və Gaga adını "satmaq" daha asandır, nəinki balaca Stef adını. Amma bu, Beyonce ilə üz qapağında yan-yana olmağından daha maraqlı deyil. Bunun da bir neçə səbəbi var.

Birincisi, hələ 2011-ci ildə layihə ilk addımlarını atdıqda baş rolu məhz Beyonce oynamalı idi. Əvvəlcə hamiləlik, sonra isə heç alınmadı. Beyonce fenomenini əlbəttə ki danmırıq. Amma razılaşın ki, kino sənayesində o baş tutmayacaqdı. "Mübtəlalıq"dan sonra isə üfüqdə "Qızıl moruq" mükafatı müammalı olaraq göründüyündə kitabı tamamən bağlamaq qərarına gəldilər. Kim bilir, bəlkə də biz elə bu başlığa qayıdacağıq?

Bir neçə ildən sonra tarixin nöqtəsini məhz Gaga qoyacaq.

Və o, var gücü ilə çalışır, deyəsən heç də pis alınmır. Fərqli obrazlara girməyi o hər kəsdən yaxşı bacarır! Beyoncenin, Madonnanın, ümumiyyətlə musiqi divalarının dəqiq çizilmiş obrazları var və bunu sındırmaq - çətin məsələdir. Amma Gaganı yaxşı istisnalar kateqoriyasına aid etməyi çox istəyirik. O, hansı janrlarda oxumayıb ki, hansı obrazlara girməyib ki? Dünən Monro idi, sabah Bowie. Amma bu gün - ən güclü moda jurnalının inanılmaz gözəl üz qapağının qəhrəmanıdır.