NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Jacquemus FALL 2019

Moda Həftəsi Milandan sakitcə Parisə keçdi. Moda paytaxtında yaz kolleksiyasını ilk təqdim edənlərdən biri Jacquemus brendi oldu. Əvvəlki mövsümlərdə olduğu kimi dizayner kənddə keçirdiyi uşaqlıq dövründən, həmçinin Mon Oncle və Les Demoiselles de Rochefort filmlərindən ilhamlanıb. Dizayner sonuncu nümayişindən bütün kiçik səhvlərini nəzərə alıb, buna görə bu dəfə hər şey harmonik və tamamlayıcı görünürdü. "İnsanların məndən yalnız həssaslıq gözləmələrini istəmirəm. Deməyə sözüm var" - o bildirdi. Modellər podiumda eleqant kostyumlarda, rəngarəng paltarlarda, atlas trençlərdə və ağapaq oversize köynəklərdə yürüdülər. Nümayişdən sonra Simon Jakmyunu "yeni Karl Lagerfeld" adlandırdılar. Bu uğur deyilmi?