NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Her Story: Mərziyyə Davudova - hər kəsə meydan oxuyan səhnədəki qadın

Adının mənası - "Hər kəsin sevimlisi" onun əvəzinə taleyini təyin etmişdi. O, 1901-ci ilin noyabrın 25-də anadan olmuş və həyata gəlməsi ilə bir qadının səhnəyə çıxmasına, alqışlara və tamaşaçı rəğbətinə haqqı olduğunu bəyan etmişdi.

Ancaq Bakıda hələ ki, yalnız bir teatr var və qadın rolları ya başqa millətdən olan qızlar, ya da kişilər tərəfindən icra olunurdu. Elə bilirsiniz, onlara asan idi? Əlbəttə ki, yox. Lakin bu sətirlər ona həsr olunub - səhnə sənətinin ustası Mərziyyə Davudovaya.

Onun haqqında dərhal söz-söhbətlər başlayacaq, lakin "ilk risk alan" kimi təkəbbürlü epitetlə deyil. İlk növbədə onun işinin peşəkarı olması xəbərləri yayılacaq. O, demək olar ki, bütün qadın rollarına alışmalı olacaq: bu gün sənətdən anlayışı olan və oxumağı sevən kübar bir qadındır, sabah isə - ən adi sadəlövh qızcığaz. Böyük çalışqanlıq, əzm və təslim olmamaq arzusu onun qarşısında yaranan bütün maneələri aradan qaldırmağa kömək etdi. Kinodakı rollar, çoxsaylı teatr quruluşları və bir o qədər də mükafatlar və rütbələr - o dövrdə cəsarətli və təxribatlı rolları almaqdan qorxmurdu. Onun xəzinəsində həm Hüseyn Cavidin, həm Səməd Vurğunun, həm Cəfər Cabbarlının, həm Maksim Qorkinin, həm Aleksandr Ostrovskinin və əlbəttə ki, Şekspirin pyeslərindən olan rollar var…

Sonuncusu isə ona yetərincə əziyyət verir: o heç bir şəkildə Lady Macbeth'i dərk edə bilmir və bir dəfə isterik vəziyyətdə məşqlərdən qaçır, roldan tamamilə imtina etmək istəyir. Onun dalınca həyatının 30 ilini M. Əzizbəyov adına Azərbaycan Dram Teatrının və Bakının digər teatrlarının xidmətinə həsr edən quruluşçu rejissor Aleksandr Tuqanov gedir. Onun üstünə qışqırmağa başlayır, təzyiq edir, dava salır, lakin Mərziyyə xanım "özünümüdafiə" üçün hazırdır. Tuqanov onun əlindən tutur, səhnəyə gətirir və deyir: "İndi anlayarsan Lady Macbeth necə biri olmalıdır". Beləliklə, uzun müddət canlandırmaq istədiyi obrazı onda bu yolla oyada bilmişdi.

Bizim qəhrəmanımız özündə maarifləndirmə daşıyırdı, qızların və qadınların gözlərini açırdı (yəqin ki, çadrasını atmış qadın abidəsinin onun obrazından ilhamlandığını çox az adam bilir). O, bu gün pərəstiş etdiyimiz onlarla artistlərə səhnəyə addım atmaqda kömək etmişdir və Azərbaycan səhnəsində çatışmayan ilk milli aktrisa pleyadasını məhz o yetişdirmişdir.

Onun Abbas-Mirzə Şərifzadə ilə ilk evliliyindən olan qızı Firəngiz xanım da - anasının izi ilə gedəcək. Həyat yoldaşı isə... boşanmaq üçün müraciət edəcək. 8 ildən sonra Şərifzadə həbs olunacaq və ən ağır cəzaya məhkum olunacaq. Kim bilir, fəlakətin gəlişini hiss edirdi, yoxsa bəlkə də tale ulduzu qoruyaraq növbəti dəfə anlaşılmaz bir şəkildə dönmüşdü - lakin ayrılıq olmasa idi, əlində balaca qızı ilə Mərziyyə xanımın başına böyük sınaqlar gələ bilərdi.

Mərziyyə xanım çox müdrik və səxavətli bir qadın idi. Dərs verməkdən savayı o, bütün səhnəni tutmağa, hər şeyi öz əlində saxlamağa çalışmırdı. O, səhnəni yalnız bir məqsədlə tərk edir - yerini onu yanıltmayacaq, səviyyəni daha və daha yüksəyə qaldıracaq gənclərə verir. Bu isə o qədər vacibdir ki - vaxtında getmək.

Mətn: Arzu Cahid