NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

HENNESSY VS VƏ FELİPE PANTONE: İRƏLİYƏ

27 sentyabrda Hennessy evi Kiyevdə dünyaca məşhur rəssam Felipe Pantone ilə əməkdaşlığının nəticəsini təqdim etdi.

Felipe Pantonenin futuristik rəqəmsal tərzi Hennessy Very Special Limited Edition-nun yeni dizaynında öz əksini tapıb: argentina-ispan rəssamı məşhur konyakın limitli seriya etiketinin və müxtəlif formada və rəngdə yüz elementdən ibarət eyni adlı art-obyektin – Hennessy instalyasiyasının müəllifi oldu. Yeni layihə aralarında Vhils, JonOne, Scott Campbell, Futura, Kaws, Os Gemeos, Şepard feyri və Rayan Makginnesin də yer aldığı məşhur müasir rəssamlar ilə Hennessy evinin əməkdaşlıq tarixini davam etdirdi. Təqdimat rəssamın özünün və Azərbaycandan gələn qonaqların iştirakı ilə keçirilib.

 

Felipe Pantonenin vizual dili – ovsunlanmış rənglərin, cəsarətli qrafikanın və üç ölçülü illüziyaların sintezidir. Heç vaxt dünyaya üzünü göstərməyən müasir incəsənətin sirli fenomeni daim hərəkətdədir. Rəssamın rəng və dinamik xətlərinin özünəməxsus ahəngini bütün dünyada görmək mümkündür.

"Mənim üçün zamanın mahiyyəti eyni anda hər yerdə olmaqdır, azad olmaq və eyni zamanda ətraf mühitlə əlaqəli olmaqdır” – rəssam bildirir. Konyak əyalətinə səfəri zamanı Felipe Pantone usta şərabçı Reno Filyu de Jiron ilə tanış oldu və konyak istehsalı prosesi ilə onun yaradıcılıq prosesi arasındakı bəzi oxşarlıqları kəşf etdi. Felipe Pantonenin Hennessy Very Special ilə əməkdaşlığı "reallığın transformasiyasına" əsaslanır.

Hennessy Evinin kitabxanasındakı arxiv materiallarını araşdırdıqdan sonra Felipe Pantone köhnə etiketlər, reklam afişaları, qədim şüşələr və qablaşdırmalar ilə tanış oldu. Etiket dizaynını yaratmaq üçün rəssam əvvəlki işlərinin seçilmiş mövzuları və xarakterik üçölçülü formalar, optik naxışlar, QR kodları və rəngləri ilə birləşdirərək Hennessy irsinin vizual obrazlarını istifadə etdi. Beləliklə, ilk dəfə 1865-ci ildə Moris Hennesi tərəfindən istifadə edilən üç Hennessy ulduzu üçölçülü oldu. Etiketin əsas elementi isə ildırım çaxması təsviri oldu – rəqəmsal dövrün simvolu, Hennessy'nin əsrlər boyu nəbzi tutmaq bacarığı metaforası.

Hennessy Very Special by Felipe Pantone məhdud sayda, yalnız Koroğlu metro stansiyasının yaxınlığındakı Bravo supermarketində təqdim olunub.