Azərbaycanda ilk dəfə olaraq Nargis Nəşriyyat Evi Gingerbread City – zəncəfil şirniyyatından hazırlanan şəhərcik təqdim edəcək. Şəhərcikdə Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən Heydər Əliyev Mərkəzi, Qoşa Qala qapısı, Flame Towers, Qız qalası, Şeytan çarxı, Teleqüllə, Xalça Muzeyi, həmçinin kiçik evlər, karusel və hətta ədvalı xəmirdən hazırlanmış təyyarə və gəmi də yer alacaq.
Nargis nəşriyyat evi Formula 1, “Azərbaycan Hava Yolları” (AZAL), Chenot Palace Hotel, Qafqaz Tufandag Mountain Resort Hotel, Bee Goddess, Caspian International Hospital, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), iTicket, Berg, 150 Bar & Grill, Ay Qonshu, Bank Respublika, Coca-Cola, Etage Celebrity Point by Elnur Həsənov, Pasha Travel, Le Plaisir, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANiiA), “ANC GROUP MMC” – “Rahat” supermarket, Aytən Səfərova Sonsuzluq Mərkəzi, "Soyuq Əllər, İsti Ürək", Elux Events Hall, Port Baku Mall və Gazelli House Baku-nun dəstəyi ilə şəhərin ən yaxşı şirniyyatçılarını və dizaynerlərini pryanik xəmirindən, biyan kökündən, karameldən, zefirdən şirin meqapolis yaratmağa dəvət edib.
Şirniyyat inşaat sənayesi miniatür Bakıda qənnadı məmulatlarından hazırlanmış "Gingerbread insanlar"ın Yeni il alış-verişi etmələri üçün işıqlı oyuncaq mağazaları və kiçik şirniyyat dükanlarına qədər real sosial infrastrukturu yaradıb. Şəkərli küçələrin fotosunu sərbəst olaraq çəkmək olar, amma dişləməmək üçün yaxınlaşmaq tövsiyə edilmir.
Dekabrın 6-da Gingerbread City sərgisinin təntənəli rəsmi açılışında “timelapse” formatında ləziz miniatürlərin bütün yaradılma prosesi nümayiş etdiriləcəkdir.
Sərgi dekabrın 5-dən yanvarın 13-dək Port Baku Mall-ın birinci mərtəbəsində açıq olacaq, iş saatı səhər 10:00-dan axşam 22:00 qədərdir.
Giriş sərbəstdir.