NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

BoF-500. BU İNSANLAR KİMDİR?

2013-cü ildən bəri hər il The Business of Fashion moda sənayesində ən nüfuzlu 500 personajları elan edir. 2018-ci ilin siyahısında isə - tam 96 yeni ad var! Onların arasında fashion-fotoqraf Alexi Lubomirski; süni dəri yetişdirən Modern Meadow şirkətinin rəhbəri Andras Forgas; moda sənayesində qadınların hüquqlarını müdafiə edən Model Alliance təşkilatının rəhbəri Sara Ziff və başqaları yer alır. 

Bu il BoF qaydaları dəyişdirənləri, böhrandan çıxış yollarını tapanları, sənayenin və cəmiyyətin aktual sorğularına cəld şəkildə reaksiya verənləri təbrik edir. Belə ki, 2018-ci ildə yeni qəhrəman Banqladeşdə qadın tekstil işçilərin hüquqlarının qorunması üzrə aktivist Kalpona Aktyor oldu.

Bundan başqa Hall of Fame siyahısına 32 yeni ad daxil edildi. Onların arsında Marc Jacobs, Michael Kors, Phoebe Philo, Miuccia Prada və Natalie Massenet var.

Bu ilki BoF-500 qəhrəmanlarının tam siyahısı burada baxa bilərsiniz.