Cümə günü "City Art Azerbaijan" layihəsi çərçivəsində "Qədim şəhərin müasir çaları ol!" bədii sərgisi açılacaq! Müasir yerli sənətə hər kəs qoşula bilər.
Harada: Nur Art House
Nə zaman: 7 iyun, 19:00
Ənənələrə sadiq qalaraq Miri Yusif yenə də bu həftə sonu "Yaşıl Teatrda" konsert verəcək. Gözəl musiqi, xoş atmosfer əla əhval-ruhiyyə - həftə sonu üçün ən yaxşı başlanğıcdır!
Harada: Yaşıl Teatr
Nə zaman: 7-8-9 iyun, 20:30
Bu həftə sonu UIA International Forum Baku 2019 baş tutacaq. Forum çərçivəsində sərgi, konsulların görüşü kimi tədbirlər , həmçinin prizlər və pul mükafatları qazanmaq üçün memarlar müsabiqəsi keçiriləcək!
Harada: Heydər Əliyev Mərkəzi
Nə zaman: 7-9 iyun, 7:30-dan 18:30-dək
Bakıda rəssam Aytən Abdullayevanın "Stokholm- sütunlar üzərində ada" fərdi sərgisi keçiriləcək. Bu möhtəşəm şəhərdə olarkən, Aytən bura valeh olur və dərhal duyğular qammasını və təəssüratlarını öz təsvirlərində əks etdirməyə çalışır. Nəticələri bu həftə sonu görmək olar.
Harada: Art Tower qalereyası
Nə zaman: 7-12 iyun
Bu şənbə hər birimiz planetin təmizlənməsi üçün #trashtag adlı ümumdünya challenge-ində iştirak edə bilər. Aksiya çərçivəsində Xəzər dənizi sahili təmizlənəcək. Bütün zəruri ləvazimatlar, qəlyanaltılar, su və nəqliyyat təşkilatçılar tərəfindən təmin ediləcək. Qeydiyyatdan keçməyi unutmayın!
Nə zaman: 8 iyun
Bakılıları həqiqətən heyranedici, zərif və möhtəşəm tamaşa gözləyir. Bu həftə sonu akrobatika və gimnastika üzrə çempionat keçiriləcək. Ailəliklə getmək olar. Hər kəs üçün maraqlı olacaq!
Harada: Milli Gimnastika Arenası
Nə zaman: 8-9 iyun
Vinsent Van Qoq heç vaxt Yaponiyada olmayıb. Buna baxmayaraq, o, bu ölkəni xüsusi məhəbbətlə sevirdi və məhz bu hiss onun yaradıcılığına təsir edib. "Mən Yaponlara həsəd aparıram" - bir dəfə qardaşı Teoya yazdığı məktubda bildirmişdi. "Van Qoq və Yaponiya" film-sərgisi bizə böyük impressionistin ona uzaq olan bir ölkə ilə niyə bu qədər dərin maraqlandığını anlamağa kömək edəcək.
Harada: Park Cinema, Flame Towers
Nə zaman: 9 iyun, 13:00