NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

5-6-7 IYUL

YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində "Azərbaycan mədəni irsi Luvr Muzeyində" adlı sərgi təşkil olunub. Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş etdirilib - bu "Çelebi", "Xanlıq" və "Əjdəhalı" Qarabağ və Şirvan xalçalarıdır.

Harada: Xalça Muzeyi

Nə zaman: 30 sentyabra qədər

 

Bakıda ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək. Festivalda Azərbaycanın müxtəlif bölgələrində yüzlərlə sənətkar qırxdan çox tematik pavilyonda öz işlərini təqdim edəcək. Burada həm "xalçaçılıq kəndi, həm "dulusçuluq sənəti məhəlləsi", həm də "misgərlik qəsəbəsi" yer alır... Bundan əlavə, hər kəs master-klasslarda iştirak edə bilər və bütün sənətlərə yiyələnə bilər.


Harada: Opera və Balet Teatrı ilə Gənc Tamaşaçılar Teatrı arasındakı meydanda

Nə zaman: 7 iyula qədər, 09:00-21:00

 

Bazar günü kinoya getmək üçün əla fürsətdir! Məsələn, Fil Qrabskinin London Milli Qalereyasında keçirilmiş "Leonardo da Vinçi: Milan sarayının rəssamı" sərgisi əsasında çəkdiyi filmə. Bu sərginin hazırlanmasına 15 ildən çox vaxt sərf olunmuşdu!


Harada: Park Cinema Flame Towers

Nə zaman: 7 İyul, 13:00

 

Fuad Axundov növbəti dəfə İçərişəhərə ekskursiya təşkil edir. Proqrama Köhnə şəhər və ətraf gəzintilər, həmçinin Qız qalası və Hacınski mülkünün sirləri, eləcə də, məşhur "Brilyant əl" və "Amfibiya insan" filmlərinin çəkilişləri barədə rus dilində maraqlı söhbətlər daxildir.


Harada: Qoşa qala qapısı (İçərişəhər)

Nə zaman: 6 iyul, 18:00

 

Bazar günü səhər ikiqat Avropa çempionu, əməkdar idman ustası, qara kəmər sahibi, taekvondo üzrə milli komandanın baş məşqçisi İlkin Şahbazov açıq havada pulsuz master-klass keçirəcək. Master-klassda beş yaşdan yuxarı olan uşaqlar iştirak edə bilər.


Harada: Heydər Əliyev Mərkəzi Parkı

Nə zaman: 7 İyul, 10:00