NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

30-31 avqust – 1 sentyabr

Yüzdən çox gimnast üç gün ərzində keçiriləcək bədii gimnastika üzrə Azərbaycan və Bakı çempionatında iştirak edəcəklər.

Harada: Milli gimnastika arenası

Nə zaman: 29-31 avqust, 12:00 – 14:40

 

Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycanda üzüm və şərab festivalı keçiriləcək. Qonaqlar Faiq Ağayevin, Aygün Kazımovanın, Miri Yusifin və digər ulduzların iştirakı ilə musiqi proqramından həzz alacaqlar, yerli və xarici mütəxəssislərdən şərabçılıq dərsləri alacaqlar, festival yarmarkasında kənd təsərrüfatı məhsulları əldə edəcəklər, şərab şüşələrini boyayacaqlar, işıq şousunu seyr edəcəklər, yoqa və karate ilə məşğul olacaqlar. Uşaqları özünüzlə götürməyə qorxmayın – onlar əyləncə mərkəzində çox gözəl vaxt keçirəcəklər, mini zooparkda heyvanlarla oynayacaqlar və maraqlı viktorinalarda prizlər qazanacaqlar. Festivalda iştirak etmək pulsuzdur. Öncədən festivalın www.winefest.az rəsmi saytında qeydiyyatdan keçmək lazımdır.

Harada: "Şirvan şərabları" MMC kompleksi, Şamaxı rayonu, Meysari kəndi.

Nə zaman: 30 – 31 avqust

 

Hindistan mədəniyyəti günləri – həmişə rəngarəng və şən keçir. Həqiqi hindistan parçaları, ağacdan düzəldilmiş əşyalar və əl işi aksesuar həvəskarları mütləq bunu dəyərləndirəcəklər. Festival cümə günü səhər saatlarında açılacaq.

Harada: Baku Sports Hall, Neftçilər prospekti

Nə zaman: 30 avqust – 8 sentyabr, 11:00 – 19:00

 

“MAP” Beynəlxalq teatr festivalı çərçivəsində Vaxtanq teatrı Bakıda Rimas Tuminasın quruluşunda “Yevgeniy Onegin” tamaşasını təqdim edəcək.

Harada: Azərbaycan Dövlət Akademik musiqi teatrı

Nə zaman: 1 sentyabr, 19:00

 

Bazar günü "Renuar – naməlum rəssam" film-sərgini seyr edirik. Filmin əsasında Renuarın Filadelfiyada yerləşən Barns fondundakı əsərlərindən ibarət kolleksiyası dayanır.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 1 sentyabr, 13:00