NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

30-1-2 dekabr

"Hiperrealistik heykəl. Canlıdan seçilmir" ekspozisiyası artıq dünyanın yarısını gəzib. İnsan bədəninin yenidən qiymətləndirilməsi, proporsiyaların azad təfsiri, deformasiya – və eyni zamanda bütün detalları ilə prototipə bənzətmə. Görməyə dəyər!

pressreliz-hiperrealistik_1

Harada: Heydər Əliyev Mərkəzi

Nə vaxt: 29 noyabr 2018 – 10 mart 2019

 

Cümə axşamı Mixail Turetskinin başçılıq etdiyi "Soprano" unikal art-qrupunun konserti baş tutacaq.

1

Harada: Heydər Əliyev Mərkəzi

Nə vaxt: 30 noyabr, 20:00

 

Aleksandr Şarovskinin "Kraliçanın sonuncu ehtirası" tamaşasında hadisələr XVI əsrdə İngiltərədə cərəyan edir. Baş qəhrəman – I Yelizaveta.

content_20180301104123

Harada: Rus Dram Teatrı

Nə vaxt: 30 noyabr, 19:00

 

Cəlil Məmmədquluzadənin "Ölülər" adlı ölümsüz pyesi əsasında tamaşanı seyr edirik.

file

Harada: Azərbaycan Dövlət Akademik Dram Teatrı

Nə vaxt: 30 noyabr, 18:00

 

Bu həftə sonu Winter Bazar xeyriyyə yarmarkasında gözəl bəzək-düzəklər və yaxınlarınıza hədiyyələr ala bilərsiniz.

45302270_2154891131431434_5846517278127947776_n

Harada: Landmark

Nə vaxt: 1-2 dekabr, 10:00 – 19:00

 

Nargis xeyriyyə fondunun təşkil etdiyi nağıl kimi "Soyuq əllər, isti ürək" yarmarkası artıq bu şənbə günü açılır! Burada sizi həmişə dadlı qoxular, səmimi təbəssümlər və yeni il ab-havası gözləyəcək!

soyuq_eller_sayt

Harada: Fəvvarələr meydanı

Nə vaxt: 1 dekabr – 6 yanvar

 

Bakıda rəqs və çerlidinq üzrə növbəti turnir keçiriləcək. Nəzərinizdə olsun!

41513649_2095260267175248_470439437357023232_n

Harada: Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzi

Nə vaxt: 2 dekabr, 9:00 – 22:00