NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

3-4-5 may

Bakıda "Amerika Film Festivalı” başlayıb. Beş gün ərzində, təkcə Amerikada deyil, həm də bütün dünyada ictimaiyyət tərəfindən sevilən filmləri görmək mümkün olacaq.

3 May: Peter Farrellinin "Yaşıl Kitab" bioqrafik dramasının dünya premyerası 2018-ci ilin sentyabr ayında Toronto şəhərində keçirildi. Film çıxan andan etibarən tamaşaçı rəğbəti və aralarında "Oskar" və "Qızıl Qlobus" da olan çoxsaylı mükafatlar qazanıb! Bu duyğu dolu hekayə caz pianoçu Don Şirlinin səyahəti və onun sürücüsü Toni Vallelonqa haqqındadır.

 

4 May: Şənbə günü "Sevgi ilə Saymon" adlı amerikan komediya dramına baxırıq!

 

5 May: Bredli Kuperin rejissorluq debütü "Ulduz doğuldu" filmi kino sevərlər arasında duyğu coşğusuna səbəb oldu. Və budur – filmi artıq Bakıda seyr etmək olar!

Harada: Park Cinema, Flame Towers

 

May ayının ilk həftəsində Latviya rəssamı xanım İveta Vesenanenın “Müasir İncəsənət Dadı. Kəhrəba iplərinin Vibrasiyaları” mövzusunda mühazirəni dinləyirik. Giriş pulsuzdur!

Harada: XX-XXI əsr Azərbaycan rəngkarlıq muzeyi

Nə zaman: 3 may, 19:00

 

Bu şənbə Koreyanın Azərbaycandakı səfirliyi və HANSAMO Koreya sevərlər təşkilatı K-Pop festivalını təşkil edir. Rəngli şou, musiqi və rəqs dolu bir gecə, amma ən əsası – qalib Changwon K-POP World festivalında iştirak etmək üçün “Səhər təravəti ölkəsinə” yollanacaq! Giriş pulsuzdur.

Harada: The Concert Hall of Opera Studio to Baku Music Academy

Nə zaman: 4 may, 14:00

 

Ölkəmizin tarixini və koloritini sevənlər üçün Azərbaycan Xalça Muzeyi bu şənbə günü “Tərəkəmə həyat tərzi” adlı maraqlı mühazirə təşkil edəcək. Mühazirəni tərəkəmələrin həyat tərzi, onların yaşayış evləri, qışlaq və yaylaq məskənləri, "alaçıq" və "qazma" evləri (həmin evlərin aksesuarları arxeoloji və etnoqrafik mənbələr əsasında təqdim oluncaq) haqqında məlumat verən tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli aparacaq. Diqqətli dinləyiciləri isə hədiyyələr gözləyir! Giriş pulsuzdur.

Harada: Azərbaycan Xalça Muzeyi

Nə zaman: 4 may, 14:00

 

Bazar axşamı Gatsby Orchestra musiqi şousunu izləmək mümkün olacaq. Moskvanın kover qrupu pərəstişkarları üçün tamamilə fərqli musiqi janrlarını ifa edəcəklər: electro swing, caz, postmodern! Çılğın şənlik, coşqulu swing ritmləri, inanılmaz rəqslər və bir çox başqa əyləncələr – əhvalı qaldırmaq üçün ehtiyacınız olan hər bir şey var!

Harada: Opera Studiyası

Nə zaman: 5 may, 20:00

 

Bu bazar günümüzü mübahisəsiz və mütləq "idman edərək" keçirirk! Əsl marafon qaçışı fürsətini bir daha necə əldə edə bilərik ki?

Harada: Dövlət Bayrağı Meydanı

Nə zaman: 5 may, 08:30

 

Klod Mone, Van Qoq, Pissaro, Bonnar, Sarcent və Matiss – bu fırça ustaları əsərləri üçün bağlarda gözəl obyektləri görərək onlardan ilham alıblar. Əsrlər ötdükcə Klivlend İncəsənət Muzeyi və Londondakı Kral Akademiyası məşhur bağçıların əsərləri ilə geniş tematik sərgi təşkil etməyə qərar veriblər.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 5 may, 13:00