"Kəlağayı: dünən - bu gün - sabah" interaktiv sərgisi davam edir. Bu sərgiyə kuratorla turlar, mühazirələr, soyuq batika texnikası üzrə master-klasslar və bir sıra başqa tədbirlər daxildir.
Harada: Kichik QalArt Gallery
Nə zaman: 1 maya qədər
İçərişəhərdə StArt gənc rəssamların sərgisi keçirilir.
Harada: Art Tower Gallery
Nə zaman: 10 yanvara qədər
Cümə günü axşamı macar bəstəkarı İmre Kalmanın "Silva" ("Çardaş kraliçası") operettasını dinləyirik və izləyirik.
Harada: Azərbaycan Dövlət Musiqili Teatrı
Nə zaman: 21 dekabr, 19:00
Mikayıl Müşfiqin 110 illik yubileyi münasibətilə Mədəniyyət TV-nin dəstəyi ilə "Müşfiq Dünyası" ədəbi-bədii gecəsi keçiriləcək.
Harada: Heydər Əliyev adına Saray
Nə zaman: 21 dekabr, 19:00
Cakomo Puççininin "Manon Lesko" operasının premyerasını qaçırmayın!
Harada: Opera və Balet Teatrı
Nə zaman: 22 dekabr, 19:00
Musiqili Komediya Teatrının 100 illik yubileyi çərçivəsində Üzeyir Hacıbəyovun "Ər və arvad" adlı məşhur tamaşası səhnəyə qayıdır.
Harada: Musiqili Komediya Teatrı
Nə zaman: 23 dekabr, 19:00
Kinoda Fil Qrabskinin (Böyük Britaniya, 2018) "Leonardo da Vinçi: Milan sarayının rəssamı" adlı sərgisi haqqında filmini görmək lazımdır. London Milli Qalereyası bu ekspozisiyaya 15 il hazırlaşıb. Bu sərgiyə da Vinçinin 40-dan çox əsəri daxil olub, alverçilər biletləri 700 dollara satıblar. Bu gün bu böyük sərgini kinoda izləmək üçün unikal fürsətimiz var.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 23 dekabr, 13:00
Velosiped sevərləri test yarışı gözləyir. Cəmi dörd kateqoriya var: MTB - kişilər arasında, Road - kişilər arasında, MTB və Road qadınlar arasında.
Harada: Velopark
Nə zaman: 23 dekabr, 12:00 – 15:00