NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

21-22-23 İyun

Ola bilsin ki, bu il yeni bir ənənənin təməli qoyulacaq- yay mövsümünü orqanik məhsullar festivalı ilə açmaqənənəsi. Ekoloji təmiz, GMO-suz məhsullar və içkilər, maaşımızın bir hissəsini xərclədiyimiz ərzaq mağazaları ilə daha yaxından tanış olmaq fürsəti, sevdiyimiz restoranların baş aşpazlarından master-klasslar və bir çox başqa tədbirlər bu həftə sonunu şənləndirəcək. Mütəxəssislər isə qida mədəniyyətini müzakirə edəcəklər,özləri üçün qida sənayesi avadanlıqları sahəsində bir çox maraqlı şeyləri tapacaqlar və Made in Azerbaijan markasının inkişafı üçün yeni imkanlar əldə edəcəklər. Festivala giriş pulsuzdur.

HaradaDənizkənarı Milli Park

Nə zaman21–23 iyun

 

Cümə günü “Rəqəmsal səma altında”möhtəşəm şou keçiriləcək. Şouda Emin, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elşad Xose, DJ Tim və Nero Dance Crew iştirak edəcəklər. Aparıcı - Murad Dadaşov. Giriş pulsuzdur.

HaradaHeydər Əliyev Mərkəzininparkı

Nə zaman21 iyun, 18:00

 

Techstars Startup Weekend Art Baku – sənət dünyasının ən çətin problemlərinə real həllər yaratmaq üçün texnoloqlar, rəssamlar, dizaynerlər, sahibkarlar, mobil istehsalçılar və digər mütəxəssislərlə işləmək deməkdir. Sizin təsviri sənətə qabaqcıl texnologiya və biznes modelləri tətbiq etmək və gözlənilməz, ruhlandırıcı nəticə əldə etmək imkanınız olacaq. Sizdən - kreativ ideya və onu həyata keçirmək arzusu tələb olunur. Təşkilatçılardan - qidalanma, qəhvə, internet, mentorluq dəstəyi və ən məhsuldar həftə sonu üçün hər cür şərait təmin olunacaq.

HaradaInnoland Innovation & Acceleration Center, Atatürk prospekti 89

Nə zaman21 iyunda start verilir, 19:00

 

Azərbaycanın əməkdar artisti Elçin Şirinov və alman vokalçısı Eric Loythauzer Polşada vokal caz festivalında görüşüblər və birlikdə ifa etmək qərarına gəliblər. Onlara iki tanınmış alman caz musiqiçisi - Bernhard və Peter Meyer qardaşlarıdaqoşulub. Fête de la Musique və Goethe-Zentrum Baku-nun dəstəyi sayəsində kvartet bu cümə Bakıda çıxış edəcək. Giriş pulsuzdur.

 

Harada: M. Maqomaev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalı

Nə zaman: 21 iyun, 19:00

 

Heydər Əliyev Mərkəzində "Tarixin şedevrləri" sərgisi davam edir. Ekspozisiyada Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət 300-dək eksponat təqdim olunub! Burada miniatürlər, keramika, toxuculuq vəQacarlar epoxasına aid digər qədim incəsənət nümunələrini görmək olar. Həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri, etnoqrafik kolleksiya və digər eksponatlar sərgilənir.

HaradaHeydər Əliyev Mərkəzi

Nə zaman2019-cu il 6 oktyabr tarixinə qədər.

 

Bu cümə günü Muzey Mərkəzinin dördüncü mərtəbəsində 2000-ci ildə "İlin heykəltəraşı" mükafatının qalibi, bir çox beynəlxalq sərgilərin və biennalelərin iştirakçısı Mahmud Rüstəmovun UN/PUBLISHEDadlı fərdi sərgisi açılacaq.

HaradaMuzey Mərkəzi

Nə zaman22 iyun– 10 iyul, 10:00 – 18:00

 

Hindistanın Azərbaycandakı səfirliyi və aparıcı yoqa məktəbləri birgə beşinci dəfədir ki, açıq hava şəraitində Yoqa Beynəlxalq Gününü keçirirlər.

HaradaHeydər Əliyev Mərkəzininparkı

Nə zaman22 iyun, 19:00

 

Dahi rəssam Salvador Dalinin ölümünün 30-cu ildönümündə öz həyatını saf sənətə necə çevirdiyi barədə "Salvador Dali: Ölümsüzlük axtarışında" adlı sənədli filmi izləyirik.

HaradaPark Cinema Flame Towers

Nə zaman23 iyun, 13:00

 

ARTIM layihə məkanı ünvanını dəyişdi və yeni məkanda ilk sərgisi ilə tamaşaçılarını sevindirir. “Dadash Adna: Love Me” ekspozisiyasında Azərbaycanlı fotoqraf Dadaş Adnanın müxtəlif əsərləri yer alıb.

 

Harada: ARTIM layihə məkanı, İçərişəhər, Kiçikqala küç. 5

Nə zaman12 iyula qədər