Həftə sonunu Ərəb səyyahı İbn Battutanın 30 il ərzində 120 min kilometr qət edən böyük həcc səfərləri haqqında olan filmlə başlayırıq.
Harada: Landmark
Nə zaman: 2 noyabr, saat 20:00
İspaniyanın "FlamencoLive" Milli rəqs teatrı Romeo və Cülyettanın hekayəsini flamenko dilinə çevirib. Görməyə dəyər!
Harada: Azərbaycan Opera və Balet Teatrı
Nə zaman: 3 noyabr, saat 19:00
Əgər siz hələ də İsmayıl İmanın pyesinə əsasən Tərlan Rəsulovun quruluşunda immersiv üslubda LIMBO performansını izləməmisinizsə bu şənbə günü niyə də getməyəsiniz?
Harada: Azərbaycan Xalça Muzeyi
Nə zaman: 3 noyabr, saat 19:00
Bütün axşamı ən yaxşı Dj-lərdən birinin bitləri ilə xəyalən İbizaya uçuruq. Bu şənbə günü Bakıda ilk dəfə Heart Ibiza klubunun nümayəndəsi DJ Kintar çıxış edir.
Harada: Landmark
Nə zaman: 3 noyabr
Azərbaycanın nar paytaxtı olan Göyçayda rəngarəng nar festivalını qaçırmayın!
Harada: Göyçay
Nə zaman: 3-6 noyabr
"Qarabağ" rəqs turniri kiçikdən böyüyə olan hər kəsi birləşdirir. Ən balaca yaş qrupu - 7 yaşa qədərdir, böyüq qrup - 50 yaşdan yuxarı.
Harada: Ağcabədi, Yaqub Məmmədov adına Mədəniyyət Evi
Nə zaman: 4 noyabr, saat 12:00
"Fantazia" festivalı çərçivəsində Hendrick Dusollierin ingilis dilində subtitrlərlə "Şibatidə son günlər" adlı sənədli filmini seyr edirik.
Harada: Landmark
Nə zaman: 4 noyabr, saat 18:30
Kot-d'İvuardan gələn xoreoqraf Mr. Dance Juice rəhbərliyi altında afrobeat və dancehall rəqsi edirik.
Harada: Nero Dance Center
Nə zaman: 4 noyabr, saat 13:00 və 14:30