Qəbələdə XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı, proqram olduqca genişdir – simfonikdən pop musiqisinə, gənc yerli ifaçılardan tutmuş dünyaca məşhur əcnəbilərə qədər.
Harada: Qəbələ
Nə zaman: 31 iyul – 5 avqust
Cümə günü Seymur Əliyev, Səlim Rzayev və Rauf Sultanov YARAT Freestyle layihəsi çərçivəsində ən yaxşı caz kompozisiyaları ilə çıxış edəcəklər. Konsert Əşrəf Muradın “Sevgi və Etiraz” adlı retrospektiv sərgisi ilə müşayiət olunacaq. Giriş pulsuzdur.
Harada: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi, Bayıl
Nə zaman: 2 avqust, 19:30
Şənbə axşamı dəniz sahilində Aygün Kazımovanın solo konsertində canlı musiqi sədaları altında əylənirik.
Harada: Mambo Beach Club
Nə zaman: 3 avqust, 20:00
Ən isti nahar saatlarını Fil Qrabskinin "Vermeer və Musiqi" film sərgisini seyr edərkən keçiririk. Diqqət mərkəzində "Virginal qarşısında duran qadın" və "Virginal arxasında oturan qadın" tabloları, daha doğrusu Qızıl Əsrdə hollandiya rəngkarlığında çox vaxt canlı modelin zərafətini vurğulamaq üçün təsvir olunan virginal musiqi alətinin özü var.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 4 avqust, 13:00
Bazar günü ölkəmizdə ilk dəfə keçiriləcək məktəblilər arasında nüfuzlu müsabiqə – 31-ci Beynəlxalq İnformatika Olimpiadası başlayır. Artıq 88 ölkə və bölgələr iştirak etmək üçün qeydiyyatdan keçib.
Harada: açılış Konqres Mərkəzində, yarışlar Milli Gimnastika Arenasında keçiriləcək
Nə zaman: 4-11 avqust