19-21 oktyabr tarixlərində Bakıda ilk beynəlxalq animasiya festivalı keçirilir. Proqrama uşaqlar və böyüklər üçün onlarla animasiya filmi, master-klasslar, Azərbaycan animasiyası haqqında kitabın təqdimatı, "ReAnimation" sərgisi və ən yaxşı qısametrajlı azərbaycan animasiya filmi üzrə müsabiqə daxildir. Festivalın rəsmi saytını izləyin.
Azərbaycan fotoqrafları YAY Qalereyasında keçirilən yeni sərgidə ətraf mühitin dəyişikliklərini, strukturunu və funksiyalarını araşdırır.
Harada: İçərişəhər, Böyük Qala küç., 5
Nə vaxt: 19.10 – 30.11.2018, 12:00 – 20:00
Jean-Christophe Cholet'in abstrakt improvizasiyaları ilə yorucu olmayan piano parçasını və caz festivalı çərçivəsində INITIATIVES triosunu dinləyirik.
Harada: Rotunda Jazz Club
Nə vaxt: 20 oktyabr, saat 20:00
Vegetarian yeməkləri və çoxlu Hind rəqsləri - Navratri festivalında. Dandia rəqs çubuqları hər kəsə çatacaq. Rəngarəng geyinməyi unutmayın!
Harada: Kishmish Hall
Nə vaxt: 20 oktyabr, saat 19:00
Şənbə axşamı Əli Əmirlinin "Ağa Məhəmməd Şah Qacar" pyesi əsasında Azərpaşa Nemətovun "Şah Qacar" tamaşasına baxmağa gedirik. Bəstəkar - xalq artisti Siyavuş Kərimi.
Harada: Azərbaycan Dövlət Akademik Dram Teatrı
Nə vaxt: 20 oktyabr, saat 19:00
Məktəbliləri Azərbaycan xalçaçılıq sənətinin tarixinə və master-klasslarına tematik ekskursiyalı art-şənbə gözləyir.
Harada: Xalça Muzeyi
Nə vaxt: 20 oktyabr, saat 12:00 – 16:00
9-cu Avropa Film Festivalı çərçivəsində rejissor José Luis Garci'nin Benito Perez Galdos'un romanı əsasında çəkilmiş "Baba" filminə baxırıq.
Harada: Park Cinema Flame Towers
Nə vaxt: 20 oktyabr, saat 15:00
Kino tənqidçisi Ülvi Mehti ilə caz filmlərini izləyiriq: Şənbə günü Louis Malle'nin "Eşafota qalxan lift" və bazar günü Bertrand Tavernier'in "Gecə yarısına yaxın".
Harada: Landmark Baku
Nə vaxt: 20, 21 oktyabr
Fikrət Əmirovun "1001 gecə" baletindən estetik zövq alaq.
Harada: Opera və Balet Teatrı
Nə vaxt: 21 oktyabr, saat 19:00