Argentina, Gürcüstan, Türkiyə və Azərbaycandan olan tangeroslar Bakıda keçirilən II Tanqo Festivalı çərçivəsində hər kəsə pulsuz tanqo dərsləri verirlər.
Harada: Landmark
Nə zaman: 16 noyabr, 19:00 – 22:00; 17 noyabr, 14:00 – 23:00
Azərbaycanın əməkdar rəssamı İnna Kostinanın əsərlərini "Tabula Poiesis" adlı fərdi sərgisində seyr edirik.
Harada: QGallery
Nə zaman: 16, 17 noyabr, 10:30 – 19:00
Şənbə gününə qədər "9.Start" Beynəlxalq Qısa Film Festivalına hələ vaxt var!
Harada: Nizami, CinemaPlus kinoteatrları
Nə zaman: 16, 17 noyabr, 12:00 – 16:00
Alman DJ Ben Rau'nun ifasında Qana motivləri ilə berlinin texno musiqisini dinləyirik.
Harada: iN
Nə zaman: 17 noyabr, 23:59
Bakıda ilk dəfə Akrobatika gimnastikası üzrə dünya kuboku keçirilir. İdmaçılarımızı dəstəkləyirik!
Harada: Milli Gimnastika Arenası
Nə zaman: 17, 18 noyabr, 12:00
Müasir Portuqaliyalı rəssam Karlos Mot’un “Found and Findings” sərgisini qaçırmayın.
Harada: Muzey Mərkəzi
Nə zaman: 17-23 noyabr, 10:00 – 18:00