NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

12-13-14 İYUL

Maqohalmi – meqalitik tikililər dövründə qədim dolmen sərdabələrdə yaşayan və insanları uğursuzluqdan qoruyan nəhəng ana tanrıdır. Əfsanəyə görə Koreyanın cənubunda onun dörd, ya da iyirmi kilometr uzunluğunda ayaq izləri qalıb. Koreya-kanadalı rəssam Zadi Ça dünyanın yaradılış hekayəsinə nəhəng əcdadlar haqqında koreya mifləri prizmasından baxdı və bu hekayənin mərkəzində nəhəng ana tanrı Maqo yer aldı. Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" solo şousu – "Art Night" London Müasir İncəsənət Festivalının və Bekshilldə “De La Warr Pavilion”nun dəstəyi ilə təqdim edilən multimediya layihəsidir. Rəssam dəniz mühitini naməlum metafora kimi istifadə etməklə cəlbedici dünya yaradıb, atmosfer işıqlandırılması, hərtərəfli səs sistemi, iriölçülü video-proyeksiyalar, heykəllər, kostyumlar və maskalar isə əfsanələrə başdöndürücü qərq olma effekti yaradır.

Harada: YARAT Müasir İncəsənət Məkanı

Nə zaman: 12 İyul – 29 Sentyabr tarixləri arası, çərşənbə axşamı-bazar, 12:00 – 22:00

 

Taus Maxaçevanın Azərbaycan və sovet ittifaqı tarixlərinə əsaslanan multimedia instalyasiyalar sərgisini təqdim edir. Rəssam Berberovlar ailəsini və onların məşhur şirini, Sovet İttifaqında məşhur Azərbaycan sirk gimnastlarını, Özbək klounu Əkram Yusupovu və kəndirbaz Taşkenbayevlər ailəsini yad edib. Sərgi zirək və bəzən istehzalı sosial-siyasi metaforalarla zəngindir. Sirk arenasında, demək olar ki, tamaşaçı qarşısında insan və heyvanlardan “Babil qülləsi” ucalır. Diqqət mərkəzində – zolaqlı qübbənin altında azad həyat.

 

Harada: YARAT Müasir İncəsənət Məkanı

Nə zaman: 12 İyul – 29 Sentyabr tarixləri arası, çərşənbə günündən bazar gününə qədər, 12:00 – 22:00

 

Kosmosun cazibəsinə qapılanların Kosmos Yay Festivalı – yamyaşıl Şamaxı şəhərində gecələmək, Nəsrəddin Tusi adına məşhur rəsədxananın necə işlədiyini görmək və ulduzları iki metrlik linzadan nəhəng teleskopda izləmək fürsəti var.

 

Harada: Şamaxı Astrofizika Rəsədxanası

Nə zaman: 13 iyul, 7:00

 

Bu ilin yanvar ayında Azərbaycan rəsmi olaraq "Mafiya" İntellektual Oyun Federasiyasına daxil olub, yayın ortasında isə Bakıda ilk mafiya çempionatı keçiriləcək. Bu intellektual-detektiv oyuna şübhə ilə yanaşırsınızsa, o zaman bilin ki, bu oyunun köməyi ilə Çində qumar bağımlılığını müalicə edirlər, ABŞ-da "çətin" gəncləri tərbiyə edirlər, Yapon məktələrində gələcək məhkəmə münsiflərini yetişdirirlər... Mafiya 1880-ci ildən bəri ən tarixi və mədəni cəhətdən əhəmiyyətli oyunlardan biridir.

 

Nə zaman: 13, 14 iyul

 

İeronim Bosxun 600 illik yubileyi münasibəti ilə onun bədii irsinin əksər hissəsi Hollandiyanın cənubunda yerləşən doğma Hertogenbos şəhərinə qaytarılıb. Kuratorlar səkkiz il ərzində onun 20 rəsmindən 19 ədədini və 24 əsərindən 17 ədədini toplamağa nail ola biliblər. Sərgi əsl blokbaster oldu: rəssamın yubiley ilində Hertogenbos şəhərini 500,000-dən çox insan ziyarət edib. "İERONİM BOSXUN MÖCÜZƏLİ DÜNYASI" filmi Hertogenbosda və Prado muzeyində keçirilən sərgilərə bir növ son sözdür.

 

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 14 iyul, 13:00

 

Bu bazar günü üç tanınmış rəssamın – Aida Mahmudova, Fərid Rəsulov və Niyaz Nəcəfovun bədii sərgisi açılır.

Harada: Müasir İncəsənət Muzeyi

Nə zaman: 14 iyul - 13 avqust