NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

YARAT Uşaq festivalı

YARAT Müasir İncəsənət Mərkəzi ənənəvi olaraq artıq ikinci ildir ki təşkil olunan “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir.

Bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən “Qazaxstan üzərində günəş və neonlar” adlı sərgisi ilə bağlıdır. Prosesdə uşaqlarla yanaşı onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub.

Festivalın proqramı:

  • Üz rəngləmə - Sevimli Bala
  • Uşaqlar üçün yoqa dərsi – The Art of Living
  • Rəsm üzrə master-klass – Narmina Bağırova, Qafar Rzayev
  • VIVA Dessert tərəfindən xüsusi master-klass
  • Rəqs üzrə master-klass – Emin Useynov, İlham Osmanov’s Dance and Art Studio
  • Kollaj hazırlama üzrə master-klass – Hatem Alizadə
  • “Xatirələr yarat” adlı xüsusi master-klass – Novruz Məmmədov
  • İstifadə olunmuş əşyalardan art obyektlər yarat – Zemfira Azimova
  • Rəqqasların çıxışı – Show Balet“NERO”
  • Açıq havada “YALLI”rəqsi üzrə master-klass - İlham Osmanov’s Dance and Art Studio
  • Bulvar ərazisində “YALLI” rəqsi

Yeni dərsi ilinin başlanması ilə əlaqədar olaraq festivalda iştirak etmək üçün mütləq öncədən qeydiyyatdan keçmək lazımdır. Bu maraqlı tədbir haqqında əraflı məlumatı Yaratın sosial şəbəkələrindən və 050 246 92 92 nömrəsi ilə əlaqə saxlayaraq ala bilərsiniz.