10 gün ərzində 107 milyon baxış Childish Gambinonun yeni işindəki simvolikaya diqqət yetirməyə məcbur edir. Bundan başqa klip ən qısa müddətdə bir milyondan çox baxışı keçdiyinə görə Youtube tarixinə düşüb.
Bütün süjet xətti bu gün Amerikada ən çox müzakirə olunan mövzu üzərində qurulub: silahlar insan həyatından – xüsusilə, afroamerikalıların həyatından daha vacibdir. Hər səhnədə atəş açıldıqdan sonra qəhrəman xüsusi parçaya bükülmüş tapançanı ehtiyatla ötürür, amma eyni vaxtda cəsədə isə laqeyd yanaşılır.
Gambino ekranda yarıçılpaq bədənlə görünür: onun üzərində köhnə hərbi formaya istinad edən şalvar və iki zəncir var - zəncirin nəyi simvollaşdırdığını izah etməyə ehtiyac yoxdur.
Klipin əvvəlində atəş etdiyi qəribə poza irqi ayrı-seçkilik dövründəki personaja işarədir: üzlərinə qara rəngli boya çəkən ağ dərili aktyorlar tez-tez qara dərili axsayan qul rolunu oynayırdılar. Qara dərili insanları parodiya edən qrimin növü "blackface" (qara üz) adlanır.
Birinci nəqarətdə kütləvi informasiya vasitələrinin insanlara təsirindən danışır: sadəcə əyləncəli və şənləndirici proqramları təklif edərək bizi qəsdən vacib problemlərdən yayındırırlar.
We just wanna party |
Biz sadəcə əyləncə gecəsi istəyirik |
"Qız" sözü altında Amerika nəzərdə tutulur. Rəqs hərəkətləri isə bütün dünyaya yayılan viruslu videolardan götürülüb. Mobil telefonları da unutmamışıq.
Terrorizm mövzusuna da toxunulur. Qəhrəman klipdə qospel-xoru atəşə tutur: 2015-ci ildə Çarlston şəhərində ağ dərili kişi pastoru və afroamerikalıların yerli kilsəsinə gələn insanları güllələmişdi.
Səhnələrdən birində, arxa planda ağ atda çapan biri görünür: İncildə apokalipsisdən xəbər verən dörd atlıdan bəhs edilir.
Sonda aktiv rəqs fonunda, arxada yalnız qırğınlar və dağılmalar baş verir. Klip qəhrəmanın var gücü ilə Amerikadan qaçmağı ilə bitir.