NARGIS
Ru En
NARGIS MAGAZINE
Special Projects

Nargis-in qonağı

Bu gün bütün dünyada Uşaqların Müdafiəsi Günü qeyd olunur! Bu gözəl bayram münasibətilə Nargis jurnalına çox istedadlı və gözəl balaca Zümrüd Əliyeva qonaq gəlib. O, Nargis Nəşriyyat evinin yaradıcı mühitinə qərq oldu və kimin nə işlə məşğul olduğunu öyrəndi. Axı uşaqlar özlərini həmişə böyük kimi hiss etmək və onların rolunu öz üzərlərində sınamaq istəyirlər.

Zümrüd bizim baş redaktorumuz Ülviyyə Mahmudova ilə tanış oldu. Ülviyyə xanım cəsarəti və əminliyi sayəsində ətrafında belə yaradıcı və parlaq komanda toplamağa nail olub. Bu komandanın hər bir üzvü qonağımıza nəşriyyat evinin işi barəsində nəsə yeni və maraqlı bir şey danışa bilib.

Zümrüd bizim moda və gözəllik redaktorumuz Leyla İmanovadan bu qədər gənc yaşda özünə necə qulluq etməyi öyrəndi, dizayner Vladislav Makarov Zümrüdə jurnalın rəngarəng dizaynının necə yaradılmasını göstərdi, maliyyə direktoru Natali Səfərova isə mühasibatlıq şöbəsinin nə işlə məşğul olduğu barədə danışdı. Hər kəs balaca rəfiqəmizə bizim işimizin ən əyləncəli və ən yaradıcı tərəflərini göstərməyə çalışdı! Baxaq görək bundan nə alındı!

 

Şalvar, mayka, jaket, ayaqqabı – Dior

Ətək, mayka, çanta, ayaqqabı - Dolce & Gabbana

Pijama kostyumu, ayaqqabı - Dolce & Gabbana

q16a7662_1

Cins, futbolka (idman köynəyi) - Dolce & Gabbana

Bizim əyləncəli çəkilişimizin təşkilində göstərdiyi köməyə görə və balaca qəhrəmanımız Zümrüdə verdiyi bütün geyimlər üçün «Нежный возраст» uşaq geyimləri mağazasına təşəkkür edirik!