NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

MICHAEL JACKSON: ON THE WALL SƏRGİSİ

Londonun Milli Portret Qalereyasında Michael Jackson: On The Wall sərgisi açılıb

Hugo Boss şirkətinin dəstəyi ilə açılan sərgi, pop musiqisinin kralı Maykl Ceksonun 60 illik yubileyinə həsr olunub. Sərgini düz 21 oktyabr tarixinə qədər ziyarət etmək mümkün olacaq.

Bu, Jackson yaradıcılığının müasir sənətə təsirinin tədqiq olunduğu ilk ekspozisiyadır. Sərgidə bütün dünya üzrə xüsusi olaraq muzeylərdən və fərdi kolleksiyalardan toplanmış 40-dan çox rəssamın işləri təqdim olunub. Müəllif-rəssamların arasında Rita Ackermann, Dara Birnbaum, Candice Breitz, Mark Flood, Isa Genzken, Gary Hume, David LaChapelle, Paul McCartney, Catherine Opie, Andy Warhol və başqaları yer alır.

Həmçinin, BOSS şirkəti Michael Jacksonun miras fondu ilə birgə yaradılmış kapsul kolleksiyasını buraxacaq. Bu kolleksiyaya müğənninin məşhur ağ kostyumunun yenilənmiş versiyası və pop kralın portretləri ilə futbolkalar daxil olacaq. Məhsulları 29 avqustdan etibarən əldə etmək mümkün olacaq.

Daha şəkil Nargis instagram profilində.