NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

"Mədəni niyyət" xeyriyyə layihəsi

«İnsanlar bir-birinə kömək etməyi öyrənməsələr, insanlıq yer üzündən yox olacaq».

Walter Scott

"Mədəni niyyət" xeyriyyə layihəsi artıq 1 ildir ki, fəaliyyət göstərir. Onun məqsədi - cəmiyyət tərəfindən xüsusi diqqət və münasibətə ehtiyacı olan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. "Mədəni niyyət"ə gəldikdə bütün proses sənətlə ayrılmaz şəkildə bağlıdır və yaradıcı insanların fəal iştirakı ilə həyata keçirilir.

Layihə çərçivəsində artıq 1№li Respublika Psixiatriya Xəstəxanasının və herontoloji şöbəsinin pasiyentləri ilə art-terapiya üzrə master-klasslar keçirilir. Dərsləri uşaq evlərində genişləndirmək planlaşdırılır. Daun sindromlu uşaqlar üçün reabilitasiya mərkəzində konsert təşkil olunub, tibbi personala yoqa dərslərinin aparılması üçün təlim keçirilib...

Layihənin məqsədi - diaqnoz və sosial vəziyyətindən asılı olmayaraq insanları birləşdirməkdir. Bu, fəal, dolğun asudə vaxt formatıdır. Burada onlar yeni təcrübə qazana biləcəklər, dost tapacaqlar, faydalı bir şey öyrənə biləcəklər və ən əsası dünyanın daha geniş və daha maraqlı olduğunu görə biləcəklər. Bu halda cəmiyyətin stereotiplərini və NORMA anlayışını dəyişmək vacibdir.

Biz sizə "Mədəni niyyət" çərçivəsində həyata keçirilən ən son layihəmiz haqqında daha ətraflı məlumat vermək istəyirik. Qaçqınlar şəhərciyinə iki gənc qraffiti rəssamlarını - Samir Salahov və Emil Məcnunu cəlb edərək qraffiti üzrə master-klasslar keçirilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Aksiyada həmçinin Nargis jurnalının baş redaktoru və Nargis yayım evinin təsisçisi Ülviyyə Mahmudova iştirak edib.

"25 il əvvəl bura tələbə şəhərciyi idi, indi isə burada qaçqınlar yaşayır. Bunun necə də getto hissi olduğunu təsəvvür edə bilirsiniz, heç bir əlvan rəng yoxdur, sanki vaxt dayanıb. Biz yoldaşlarla birlikdə ən böyük çəni boyalarla rəngləmək qərarına gəldik. Bu ardıcıl üç həftə sonu baş tutdu. Son həftə isə şəhərcikdə yaşayan uşaqları da cəlb etdik" – deyərək layihənin təşkilatçılarından biri olan fotoqraf Sitarə İbrahimova bizə bildirdi.

"Mədəni niyyət" üçün növbəti iş artıq təyin olunub: iyun ayından etibarən uşaq evində altı aylıq layihəyə start veriləcək. Bu layihədə uşaqların yaradıcı tərəfini inkişaf etdirmək, onlara muzeyləri və sərgiləri göstərmək, kuratorların köməyi ilə onların fərdi yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq nəzərdə tutulub.

"Mədəni niyyət"in hər bir tədbiri mesenatların və sponsorların dəstəyi ilə keçirilir. Qaçqınlar şəhərciyi ilə olan layihədə Aga Group şirkəti əlindən gələn köməyi göstərib. "Mədəni niyyət" iştirak etməyi azru edən və kömək etmək istəyən hər kəs üçün açıqdır. Layihəyə dəstəyimizə və səmimiyətimizə ehtiyacı olan insanların taleyinə biganə olmayan hər kəs qoşula bilər. 

Mədəni niyyət layihəsinin Facebook səhifəsi

Youtube Kanalı