NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

AZƏRBAYCAN DİZAYNERLƏRİ LONDON BRİDAL FASHİON WEEK-DƏ

Londonda toy və axşam modası aləmində ən gözlənilən hadisələrdən biri – Bridal fashion week keçirilib. Treyd-şou Londonun ExCel sərgi mərkəzində baş tutub, tədbirdə 40 ölkədən 14 000 riteyler iştirak edib. Dəbli paytaxt publikasına Azərbaycan brendləri də təqdim olunub.
"Britaniya dəbli bazarı" – eyni zamanda ən perspektivli və ən tələbkar bazarlardan biridir. O, dərhal orta səviyyəni filterdən keçirir. Biz yalnız istedadlı, yaxşı təhsil almış peşəkar dizaynerlərlə işləyirik. Bu dəfə LBWF-də böyük məmnuniyyətlə fitri istedadı və italyan feşn-dizaynerlik diplomunun fantastik miksini nümayiş etdirən Nərgiz Eyvazovanın "Şamax çariçası" kolleksiyası və 20 ildən çox uğurla öz modasını yaradan peşəkar dizayner İradə Qurbanovanı təqdim etdik. Safiya Babayevanın yeni "Sarı gəlin" kolleksiyası inanılmaz təəssürat bağışladı və gurultulu alqış aldı. Zal, sözün əsl mənasında, alqışlarla və gənc dizaynerin ünvanına "Bravo!" çığırtıları ilə dolub daşdı. "Şounu müşayiət edən "Sarı gəlin" Azərbaycan melodiyasının Londonun ExCel damı altında Safiyanın növbəti uğurunu taclandıraraq səslənməsi bizim üçün xüsusilə xoş idi" – Fortras Britaniya şirkətinin baş direktoru Ağa Rəsulov bildirib.