
Gucci brendinin kreativ direktoru kruiz kolleksiyasında da din və moda arasındakı əlaqə mövzusunu müzakirə etməyə qərar verib: nümayiş qaranlıq çökəndən sonra başlayıb, ətrafda qəbiristanlıq - qədimi şamdanlarda yanan şamlar, odlu zolaqlar və duman.
"İdeya ölümdən sonrakı həyatın maksimal gözəlliyini göstərmək idi" - Michele kolleksiya haqqında deyib və bütün vahiməli qəhrəmanları podiuma çıxarıb: rahibləri, mələkləri, keşişləri və sehrbaz qadınları.
Ən parlaq obrazları təqdim edirik.