NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

"Green House Kitchen"-da İFTAR

Ramazan - orucluq və xeyir-dua ayıdır. Bu bayramı əhatə edən çoxsaylı adət və ənənələrdən başqa müqəddəs ay boyunca səhhətinizin asılı olduğu düzgün qidalanma əhəmiyyətli rol oynayır.

Gün batımı və azanın səslənməsi ilə qabların səsi və qarşıdakı axşam yeməyinin ətri iftara - ailənin və dostların Ramazan ayının hər gününü bir masa arxasında birlikdə qeyd edəcəyi vaxta bir dəvətdir. Bu gündəlik ritual, həm yeməkdən zövq almaq üçün mənəvi, həm də sağlamlığı qorumaq üçün fiziki cəhətdən vacibdir.

 dsc07382

İftarı iki ədəd xurma ilə açmaq vacibdir, xüsusilə baş ağrısı və ya aşağı qan şəkəri səbəbiylə başgicəllənməsi varsa. Bundan əlavə, ilk növbədə su, meyvə şirəsi içmək və ya yoqurt yemək daha yaxşıdır. Bu faydalı vərdiş vücudunuzu lazımi maye ilə təmin edəcək.

 dsc07371

İftarla bağlı bizim artıq cəzbedici təklifimiz hazırdır! Sizi 15 Maydan etibarən  müqəddəs Ramazan ayının sonuna qədər Green House Kitchen restoranına iftara dəvət edirik. Sizin nəinki ətrafınızdakı insanlardan, həm də özəl sevgi ilə hazırlanmış xoş və faydalı yeməklərdən zövq almağınız üçün çox çalışırıq.

dsc07370

Hər axşam (cümə və şənbə günləri istisna olmaqla) sizi həm ailəni bir araya toplamağa, həm də iş yeməyini keçirməyə imkan yaradan balanslaşdırılmış kompleks menyu gözləyir!

 dsc07389


Cümə və şənbə günləri saat 19:00-da Green House Kitchen restoranının bufetində sizə Barbekü bufeti təklif edirik. Milli və Avropa mətbəxinin yeməklərinin çeşidi və əlbəttə, ənənəvi kabab - sevdiyiniz insanları bir masaya dəvət etmək üçün əla fürsətdir.

 Rezervasiya və əlavə məlumat üçün əlaqə:

+994 12 310 0010 / +994 50 229 2228.