NARGIS
Ru En
NARGIS MAGAZINE
Xəbərlər

2019-CU İLDƏ TOP GOOGLE AXTARIŞLARI SORĞULARI

Google ötən ilin ən populyar axtarış sorğuları əsasında ənənəvi hesabatını dərc edib. Statistika yalan deməz. Bütün dünyada milyardlarla insan google-da nələr axtarıb?

 

Hər kəsin izləmək istədiyi hadisə...

...Futbol üzrə Amerika kuboku olub. İkinci yerdə Notr-Dam kilsəsində baş verən yanğın olub.

İlin ən populyar insanı –

...başına daim cürbəcür işlər gələn istedadlı futbolçu Antonio Braundur. Ondan bir qədər az maraq oyadan Neymar olub.

Publikanın maksimal dərəcədə marağında olan, hücuma məruz qalması ilə Amerikada hərarətli mübahisələrin mərkəzinə çevrilən...

...Cussi Smollettdir.

 

2010-cu ilin ən çox müzakirə olunan filmi...

..."Qisasçılar: Final" oldu. Və yalnız ondan sonra "Coker", "Kapitan Marvel", "Oyuncaqların hekayəsi 4" və "Akvamen" filmləridir.

 

Ən populyar serial...

..."Taxt oyunları"dır. Üçlüyə həmçinin "Çox qəribə işlər" və "Çernobl" serialları daxil oldu.

 

İl ərzində ən çox axtarılan mahnı –

...Lil Nas X ifasında "Old Town Road" mahnısıdır. 

Çoxlarını Disney ulduzu – 20 yaşlı Kameron Boysun ölümü maraqlandırıb.

Əfsanəvi kuturye Karl Lagerfeldin ölümü də bir o qədər şokedici olub. 

 

Modada ən populyar tərz –

...ənənəvi Met Qala 2019-un əsas mövzusu olmuş hədsiz üslub – “camp style” oldu.

Bu il ən populyar "nə deməkdir" cümləsinin başında...

...Zona 51 gəlir. Minlərlə insan bu payızda şaiələrə görə yad planetlilərin saxlandığı qorunan "Zonanı" məhv etməyə hazırlaşırdı, hətta bununla bağlı Facebook-da xüsusi tədbirlər təşkil etmişdilər. "Zona 51" barəsində ilk dəfə eşidənlər isə onun haqqında axtarışlardan məlumat almağa tələsirdilər.

 

Uzun illər ərzində bəlkə də ilk dəfədir ki, axtarış sisteminin tarixində ən populyar moda obrazlarının ilk beşliyinə nə ulduzların, nə də brendlərin adı daxil oldu.

İnsanlara EGirl və EBoy-un necə göründüyü bilmək daha maraqlı olub. Rəqəmsal dünyanın submədəniyyətinin ötən ilin mütləq trendi olduğu üçün Tik Tok-a təşəkkürlər. Onun baş qəhrəmanları adi inflüenserlərdən fərqli olaraq onlayn-obrazlarını öz otaqlarından çıxmadan yaradırlar və sadəcə ekranlarda mövcuddurlar.